Cinsi PASSİVLİYİN SƏBƏBLƏRİ BUNLARDIR!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Yaşlı nəsillə müqayisədə müasir gənc nəslin gündəlik həyat fəaliyyəti daha aktivdir.Son dövrlərdə psixoloq və mütəxəssislərin apardıqları araşdırmalar zamanı müəyyən edilib ki, insanların cinsi aktivliyi get - gedə azalmaqdadır.Mütəxəssislər buna səbəb olan faktorları siyahıya alıblar.
İş faktoru
İşdə yaranan yorğunluq, əsəb, həyəcan, gərginlik və s. bu kimi hallar cinsi həyatın sönməsinə şərait yaradır.Xüsusilə də, əgər çalışdığınız iş yeri yaxud gördüyünüz iş sevdiyiniz sahədə deyilsə, bu zaman vəziyyət daha da dözülməz və kritik olur.Çünki, gün ərzində aktiv saatların əksəriyyət zamanının işdə keçirildiyini nəzərə alsaq burada keçirilən hər bir hissin və əhval - ruhiyyənin də nə qədər önəmli olduğunu anlamaq o qədər də çətin olmaz.
Sosial şəbəkələr faktoru
Sirr deyil ki, sosial şəbəkələr insanları real aləmdən ayıraraq virtual aləmə çəkir.Adi yataq otağında olan televizor cinsi həyat aktivliyini qat - qat aşağı salır.Müasir dövrdə isə bu siyahıya gənclərin geniş kütləsinin istifadə etdiyi instagram, facebook və s. onlarla bu kimi sosial şəbəkələri əlavə etmək olar.
Yaşadığımız müasir həyat şəraiti
Gün ərzində insanların yaşadığı və keçirdiyi bütün hiss və həyəcanlar sözsüz ki, onların həm cinsi həyatına, həm də psixoloji durumuna təsir edir.Bu mənfi halları müəyyən dərəcədə aradan qaldırmaq və cinsi aktivliyi yüksəltmək üçün isə çalışın ki, sağlam qidalanmanmaya, idmana daha çox vaxt ayırıb, təmiz havada daha çox gəzəsiniz.
loading...