loading...
loading...

Menstruasiya Keçirən Qadınla Cinsi Əlaqədə Olarkən Mütləq Bunları Bilmək Lazımdır!

loading...

Menstruasiya Keçirən Qadınla Cinsi Əlaqədə Olarkən Mütləq Bunları Bilmək Lazımdır!

Aile.fenomen.az saytı məlumat verir ki, Qadınlara xüsusilə məlumdur ki, menstruasiya   onların həyat dövrünün ən qıcıqverici, ağrılı dönəmlərindən biridir.Belə bir həssas zamanda cinsi əlaqəyə girmək isə ayrı bir sualın cavabıdır.

Əslində bu mövzuda bir sıra mülahizələr və fikirlər mövcuddur. 
Həkimlər bildirirlər ki, əgər qadın menstruasiya dövründə heç bir ağrı və diskomfort hissi yaşamırsa cinsi əlaqədə olmanın heç bir qadağası yoxdur.

Hamiləlik baş verə bilərmi?

Bəli, aybaşı olarkən qadınların hamilə qalma şansı var.Bu hal o qədər də çox tez - tez baş verməsə də, lakin menstrual sikli qısa olan qadınların hamilə qalma ehtimalı olur.Odur ki, hamiləlikdən qorunmaq istəyənlər bu kiçik ehtimalı da bilməlidirlər.

Hər hansı bir xəstəliyə yaxud infeksiyaya yoluxma baş verə bilərmi?

Qorunma baş verməyibsə, yoluxma baş verə bilər.Məsələ bundadır ki, aybaşı zamanı qadınların uşaqlıq boynu bir qədər açılır və bununla da infeksiyaya yoluxma halları daha çox zaman baş verə bilir.


Menstrual dövrdə cinsi əlaqənin hər hansı bir faydası ola bilərmi?

Qadınların bir qismi düşünür ki, bu dövrdə cinsi əlaqədə olmağın üstünlükləri var.Məsələn, aybaşı ağrılarnın azalmasına və sakitləşməsinə yardım edir.Səbəbi isə, prolaktin, endorfin və oksitoçin kimi həzzverici hormonların ifraz olunmasıdır.

loading...
Oxşar xəbərlər