loading...
loading...

Südü Çoxdursa, Ana Nə Etməlidir ? Laktasiya Dövrünü Necə Qısaltmaq Olar ?

loading...

Südü Çoxdursa, Ana Nə Etməlidir ? Laktasiya Dövrünü Necə Qısaltmaq Olar ?

 

Aile.fenomen.az saytı anaları maraqlandıracaq mövzuda maraqlı məlumatlar bölüşməyə davam edir.

 

Eh bu cavan analar!Körpə doğulduqdan sonra onlar əllərindən gələni edirlər ki, südləri artsın, bir az zaman keçdikdən sonra isə bilmirlər ki, laktasiyanın qarşısını necə alsınlar.Lakin, bizim saytımız hər zaman olduğu kimi bu mövzuda da sizin köməyinizə gələcək.Bu məlumatımızda biz sizə bununla bağlı yaranan problemi ən sürətli şəkildə necə həll etmək mümün olma yollarını öyrədəcəyik.

 

Beləliklə, ana südünü azaltmaq üçün sizi  6 yol ilə tanış edəcəyik :

 

 1.      Gün ərzində maye qəbulunu 1 – 1,5 litrə qədər azaldın.İçərkən əsasən soyuq sudan istifadə etməyə çalışın, çünki soyuq su südün qarşısı alınma prosesini sürətləndirir.

 

 2.     Qida rasionunuzdan süd yaradıcı məhsulları çıxarın.Bunlar əsasən, mal əti, pivə, süd, şüyüd, isti çay, şorbalar, razyanadır.

 

 3.      Bol şəkildə, gün ərzində 100 qrama qədər cəfəri yeyin.

 

 4.      Sinənizi isti geyimlə örtməyin.Sinənizi havalanmağa və rahat durmasına şərait yaradın.

 

 5.      Duş altında yuyunarkən bir qayda olaraqnsüd ucluqlarınızı soyuq su ilə yuyun.

 

 6.      Alt paltarı (büstqalter) alarkən bərk parçadan olmasına diqqət edin.

 

Südü azaltmaq üçün xalq təbabəti yollarından da istifadə etmək olar :

 

KƏLƏM

 

Sinənizə iki böyük kələm yarpağını qoyun və saxlayın.Köhnəldikdən sonra isə yenisi ilə əvəz edin.Süd itənə kimi prosesi təkrar edin.

 

SİDİKQOVUCU OTLAR

 

Adi çayı sidikqovucu bitki çayları ilə əvəz edin.Bunlar məsələn, itburnu, cəfəri, reyhan, qoz və s.

Analar arasında laktasiyanı qısaltmaq üçün geniş şəkildə nanədən istifadə olunur.Ondan qarışım hazırlayın və gün ərzində 1 – 2 stəkan qəbul edin.Artıq südün yaranma prosesi bir neçə gün sonra azalır.

loading...
Oxşar xəbərlər