Cütlüklər arasında bağları xarakterizə edən rituallar
Həyat yoldaşınızla birlikdə etdiyiniz adi bir hobbi belə münasibətlərinizin güclənməsinə səbəb olar. "Cütlük ritualı”nı mənalı, güclü münasibətdə olan iki insan arasında planlı, yenilənən paylaşım kimi qiymətləndirmək olar. Rituallar həyat yoldaşınızla paylaşdığınız bağı mütəmadi olaraq yada salır. Sevginizi və aranızdakı bağı simvolizə edir. Bununla yanaşı, rituallar güvənmək duyğusunu gücləndirmək üçün də faydalıdır. Cütlüklər arasında bağları xarakterizə edən rituallardan bəhs edəcəyik. Ritual mərasimləri olduqca sadə və ya mürəkkəb ola bilər, gündəlik və ya da illik proseslərdə təkrarlana bilər. Bu mərasimlər cütlüklərin bir-birinə və əlaqələrinə müsbət formada bağlanmalarını təmin edir. Münasibət rituallarına bəzi nümunələri bu cür sadalamaq olar: Rituallar müxtəlif məqsədlərə xidmət edir: 1. Müəyyən bir davranışa duyğularınızı da qatır 2. Aranızdakı qarşılıqlı münasibəti artırır 3. Qarşılıqlı olaraq romantik bağlılığınızı gücləndirir 4. Arzuladığınız bir ruh halı və ya da duyğu yaratmağa kömək edir 5. Güclü bir birlikdəlik duyğusu yaradır Ritualların tərəf müqabilinizlə aranızda iş birliyi meydana gətirdiyini unutmayın. Onlar aranızdakı romantik bağın fərqli əks olunmalarıdır və kiçik də olsa xüsusidirlər. Bununla yanaşı, münasibətinizin ümumi keyfiyyəti üzərində böyük təsirə malikdir. Ritualların olub-olmamasını müəyyən etmək üçün özünüzə və tərəf müqabilinizə dair bir-biriniz üçün nələr etdiyinizi soruşun. Yan-yana olmasanız belə, bir-birinizi düşündüyünüzü müəyyən etmək üçün nələr edirsiniz? Bu sualları cavab verməkdə çətinlik çəkirsinizsə, bəzi rituallar yaratmağa çalışın. Ritual meydana gətirmək üçün sadəcə onu tətbiq etməyə başlayın. Bu daimi olaraq edildikdə bir ritual halına gələcək. Bu təşəbbüsü qaldıran sizsinizsə, həyat yoldaşınız bu davranışı sizdən davamlı olaraq gözləməyə başlayacaq və ehtimalla qarşılığını verməyə çalışacaq. Unutmayın ki, ritualların uzun, davamlı olması sağlam bir evlilik üçün lazımdır. (lent.az)