Hamilənin Qarnındakı Səpkilər Nədən Xəbər Verir və Səbəbləri Nədir ?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığına aid məlumatlar paylaşmağa davam edir.
Hamilə qadının orqanizmini və onda baş verən dəyişiklikləri başa düşüb, onları ayırd edə bilmək olduqca çətin məsələdir.Qadın orqanizmində baş verən bu heyrətamiz proses özündə bir sıra həm müsbət, həm də mənfi gözlənilməzliklər gizləyir.
Hamiləlik dövründə ananın qarın nahiyəsində yaranan səpkilər də məhz elə mənfi hallar sırasına aid olunur. Gəlin araşdırmağa çalışaq ki, hamiləlik zamanı yaranan bu səpkilər nədir və hansı səbəblər üzündən yaranır.Bu səpkilərin körpə və ana üçün hər hansı bir təhlükəsi varmı ?
Əvvəla bunu qeyd edək ki, bu suala yalnız öz vəziyyətinizlə bağlı cavabı tam və doğru şəkildə müalicə aldığınız həkiminizdən ala bilərsiniz.Biz məlumatımızda bu problemi yaradan səbəbləri ümumi şəkildə toplayaraq sizinlə bölüşməyə çalışacağıq.Səbəbləri isə ümumi olaraq aşağıdakılara ayırmaq olar :
Səbəb 1 – TƏRLƏMƏ
Bu hallar əsasən isti və qızmar yay aylarında baş verir.Buna səbəb tərləmə, dar sintetik geyimlərin geyilməsi və müxtəlif bandajlardan istifadədir.Tərləmə hallarına həmçinin hamilə qadının şəxsi gigiyenik vəziyyətinin lazımi səviyyədə olmaması da aid olunur.
Səbəb 2 – ALLERGİK REAKSİYALAR
Hətta əvvəllər heç zaman qarın qaşıntısı hiss etməyən qadın belə hamiləlik zamanı bu halla rastlaşa bilər.Qadın orqanizmi hamiləlik dövründə həm xaricən, həm də daxilən çox həssas olur.Buna görə də hamilə ətrafında olan hər kiçik xırdalığa belə xüsusi diqqətlə yanaşmalıdır.Allergik vəziyyətləri müxtəlif məhsul və ləvazimatlar yarada bilər, məsələn, yeyilən yemək, toz, geyim, kosmetika, heyvan, kimyəvi vasitələr və s.
Səbəb 3 – DAXİLİ ORQANLARIN FƏALİYYƏTİNİN POZULMASI
Bu cür səpkilərin yaranmasına səbəb olan orqanlardan ən əsası öd kisəsi və qaraciyərdir.Bunların da aşağıdakı səbəbləri var :
- ananın yanlış qidalanması
- dərman preparatlarının qəbul olunması
Səpkilərlə necə mübarizə apara bilərik ?
1. Təmizləyici və yuyucu vasitələrdən uzaq durun.Ümumiyyətlə, kimyəvi məhsullardan uzaq durun.
2. Bir qayda olaraq bədən və qarın bölgənizə tərkibində parfüm olmayan krem və losyonlar çəkin.
3. Çobanyastığı dəmlənməsi əlavə olumuş yaxud da azca yulaf unu əlavə olunmuş vannalar qəbul edin.
4. Allergiya yarada biləcək məhsullardan maksimum uzaq durun.
5. Kosmetika seçərkən çox diqqətli olun və tərkibini oxuyub şübhə hiss etdiyiniz vasitələri kənara qoyun.
6. Sakit həyat tərzi sürün.Stress və əsəb bütün problemlərin başlıca səbəblərindəndir.
7. Qarın bölgənizi aşğıdakı qarışımla sürtün :
1 xörək qaşığı soda və 200 qr ilıq su
Hamiləlik zamanı xalq təbabəti və özünüz özünüzü müalicə etmə işləri ilə çalışmayın.Bu həssas və məsuliyyətli dövrdə özünüzü və körpənizi həkim və mütəxəssislərə həvalə edin.