loading...
loading...

Hamilələr Diqqətlə Oxusun! Bu Əlamətlər Varsa Doğum Yaxınlaşır Deməkdir!

loading...

Hamilələr Diqqətlə Oxusun! Bu Əlamətlər Varsa Doğum Yaxınlaşır Deməkdir!

Aile.fenomen.az saytı məlumat verir ki, 

Hamiləlik hər qadının dadmaq istədiyi və 9 ay boyunca həyəcan, sevinc, hətta bəzən qorxu hissi keçirdiyi bir prosesdir.Artıq 9 - cu ayında qadınlar körpələrini dünyaya gətirmək üçün tələsirlər.Lakin, qadınlar bilməlidir ki, doğum yaxınlaşdığı zaman orqanizmləri onlara bir neçə siqnal ötürür.Bu siqnallar bəzən yalançı da ola bilirlər.Məhz bu səbəblərə görə, gələcəkdə ana olacaq xanımlar həqiqi doğuş siqnalını yalançı siqnallardan fərqləndirməyi bacarmalıdırlar.

Qarının aşağı hissəsi və qasıq nahiyəsində olan ağrılar 

Doğuşa 3 - 4 həftə qalmış qadınların qarnının aşağı hissəsi və qasıq hissəsində çəkici, dartıcı ağrılar yaranmağa başlayır.Belə ağrıları spazmatik ağrılar adlandırırlar.Belə hallarda ağrıları azaltmaq üçün yaxşı olar ki, hamilələr uzanıb daha çox dincəlməyə vaxt ayırsınlar.


Qarının aşağı düşməsi

Təxminən doğuşa 2 həftə qalmış hamilələr qarınlarına diqqət yetirsələr görə bilərlər ki, qarınları aşağı enib.Məsələ bundadır ki, körpə artıq doğulmaq istəyir və çanaq çıxışına enir.Bu dövrdə hamilələr daha rahat nəfəs ala bilir.Çünki körpə aşağı endiyi üçün diafraqma, ağciyərlər və mədəyə düşən təzyiq xeyli azalmış olur.

Uşaqlığın tez - tez gərginləşməsi

Doğuş yaxınlaşdıqca uşaqlıq yolu nahiyəsində tez - tez narahatliq hissləri yaşaya bilərsiniz.Bu cür narahatlıq və gərginlik ağrıları bir neçə dəqiqədən bir neçə saata kimi uzana bilər.

loading...
Oxşar xəbərlər