Uşaqlıqdankənar Hamiləliyin Səbəbləri
loading...
Aile.fenomen.az saytı məlumat verir ki, Hamiləlik dövründə qadın orqanizmi bir çox dəyişikliklərə məruz qalır.
Uşaqlıqdankənar hamiləlik qadın həyatı üçün çox təhlükəli ola bilər. Çünki, belə hamiləlik zamanı döl Fallop borusunda inkişaf edir.Güclü qanaxma olduğu zaman bu şok halına və düşüyə səbəb ola bilər.
Uşaqlıqdankənar hamiləliyin əsas səbəbləri :
- uşaqlıq borularında iltihabi proseslərin getməsi.Belə olan halda uşaqlığın funksiyasının pozulması baş verir, nəticədə də mayalanmış yumurta yumurtalıqdan uşaqlıq yoluna doğru hərəkət edə bilmir ;
- orqanizmdə aparılan müxtəlif əməliyyatlar ( abortlar ) ;
- cinsi orqanların, endokrin sistemin və çanağın müxtəlif infeksion xəstəlikləri ;
- daxilə qoyulan spirallar ;
- anadangəlmə olaraq uşaqlıq yolunun düzgün formada olmaması ;
- süni mayalanma nəticəsində də həm normal, həm də uşaqlıqdankənar hamiləlik baş verə bilər ;
- müxtəlif hormonal müalicələr.
loading...