loading...
loading...

Bu bitki çayları uşaq düşməyə səbəb olur – HAMİLƏLƏR, DİQQƏT

loading...

Bu bitki çayları uşaq düşməyə səbəb olur – HAMİLƏLƏR, DİQQƏT

Bu gün bitki çayları daha çox üstünlük verilən içkilər sırasında öndə gəlir. Qara çaya alternativ olaraq sağlamlıq baxımından faydalı olan bitki çayları bu üstünlüyünə görə arzuediləndir. Baş ağrısından tutmuş depressiyaya qədər demək olar ki, bir çox problemlərin əlacı olan bitki çayları sağlamlıq baxımından xeyirlidir. Xüsusən də soyuq hava günlərində soyuqdəyməyə qarşı bitki çaylarının çox yaxşı təsiri var. Lakin bəzi bitki çayları faydaları ilə yanaşı zərərli təsir də göstərə bilər. Araşdırmalar zamanı məlum olub ki, bitki çayları hamilə qadınlar üçün arzuedilən deyil. Bir çox hamilə qadınlar bilmədən bitki çayları içirlər. Lakin unudurlar ki, gələcəyin anaları bu həssas dövrdə yedikləri və içdiklərinə fikir verməlidirlər. Hər bitki çayı içilməməli, içilsə də, mütləq tərkibinə fikir verilməlidir. Əks təqdirdə bitki çayının içərisində olan maddələr körpəyə ziyan verə bilər. Belə ki, bitki çayı içmək hamiləliyin ilk 3 ayında düşmə riskinə, son 3 ayda isə vaxtından əvvəl doğuşa səbəb ola bilər. Bbununla bağlı hamilə qadınlara mütəxəssis məsləhətlərini təqdim edir.  

 

Bitki çayı uşaqlıq sıxılmalarını artırır

 

Bitki çaylarının tez-tez içilməsi düşmə riskini, hamiləlikdə qanama riskini və uşaqlıq sıxılmalarını artırır. Vaxtından əvvəl doğuş da istisna deyil. Fol turşusu səviyyəsinə mənfi təsir etdiyi üçün hamiləlik zamanı yaşıl çaydan uzaq durmaq lazımdır. Uşaq əmizdirən qadınların tərkibində kofein olan yaşıl çay içmələri körpənin yuxu nizamının pozulmasına səbəb ola bilər. Hamilə qadınlar ilk 3 ayda bitki çayları mövzusuna çox həssaslıqla yanaşmalıdırlar. Çünki ilk 3 ayda düşmə riski çox olur. Gələcəyin anaları bitki çayı ilə bağlı mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Hamiləlik olduqca riskli bir dövrdür. Buna görə də hamilə qadınlar əllərinə keçən hər bitki çayını içməməlidirlər. Onlar bitki çaylarının tərkibinə diqqətlə fikir verməli və lazım olan qədər içməlidirlər.

 

Düşmə riski ilə əvvəllər də rastlaşan qadınlar isə daha diqqətli olmalıdırlar. Çünki bitki çayı uşaqlıq sıxılmalarına səbəb olur ki, bu da düşmə ilə nəticələnə bilər. Vacib olan qədərində içmək və həddi aşmamaqdır. Kəklikotu, zəfəran, zirə, darçın və digər bu kimi ədviyyatların da istifadəsi hamiləlikdə arzuedilən deyil. Hamiləlikdə kalsium nizamını balanslaşdırmaq üçün bol su içmək lazımdır. Gündə ən azı 2,5 litr su və meyvə suları içmək vacibdir. Əgər yaşıl çayı çox sevirsinizsə, gündə 1 fincandan artıq içmək olmaz. 

loading...
Oxşar xəbərlər