Hamiləlik Zamanı Neçə KİLOQRAM Almaq DÜZGÜNDÜR?

loading...

Hamiləlik Zamanı Neçə KİLOQRAM Almaq DÜZGÜNDÜR?

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Hamilə xanımların əksəriyyəti düşünür ki, hamiləlik dövründə iki nəfərin əvəzinə yeməlidirlər.Lakin, bu tamamilə yanlış fikirdir.İki dəfə çox yox, iki qat daha faydalı, daha təzə və təravətli, vitaminlərlə zəngin məhsullarla qidalanmaq lazımdır.


Aparılan eksperimentlər göstərir ki, 3 xanımdan 2 - si həkimlərin məsləhət bildiyi çəkidən çox yaxud da az çəki alırlar.Bu da öz növbəsində, ya ananın ya da körpənin sağlamlığında ciddi problemlərə yol aça bilər.


Hamiləlik zamanı neçə kiloqram almaq məsləhətdir ?


 - hamiləlik dövrünün əvvəllərində çəkisi normal olan xanımlara  - 11 - 15 kiloqram ;
 - hamiləliyin başlanğıc dövründə artıq çəkisi olan xanımlara - 7 - 11 kiloqram ;
 - hamiləliyin başlanğıcında piylənməsi olan xanımlara - 5 - 9 kiloqram ;
 - hamiləliyin başlanğıcında isə çəkisi normadan az olan xanımlara isə - 13 - 18 kiloqram almaq məsləhət görülür.


Doktor Kuperin bildirdiyinə görə, hamilənin çəki miqdarı sadalanan bu rəqəmlər civarında olarsa, bu zaman nə anada, nə də körpəsində diabet, hipertoniya kimi xəstəliklərin yaranma riski aşağı olur.


Bu çəki haqqında isə həddindən artıq çox düşünüb, onu problem şəklinə gətirmək də o qədər də düzgün deyil.Çəki ilə bağlı hər hansı bir problem olduqda bunu həkim - ginekoloqunuzla məsləhətləşməyiniz kifayət edəcəkdir.


Həkimlər tövsiyə edirlər ki, hamiləlik dövründə də, bu dövrdən sonrakı vaxtlarda da çəkinizi stabil və normada saxlamaq istəyirsinizsə, hər daim fiziki aktiv olmalı və sağlam qidalanmalısınız.

loading...
Oxşar xəbərlər