loading...
loading...

UZUNÖMÜRLÜLÜYÜN və MÖHKƏM CAN SAĞLIĞININ sirrləri

loading...

Aile.fenomen.az saytı hər kəsin heç olmazsa həyatı boyunca bir dəfə narahat edən suala cavab verməyə çalışacaq.

İnsanlar həmişə daimi olaraq yaşamaq istəyi keçirir və bunun sirrini açmağa çalışır.Lakin, əlbəttə ki, biz nə etsək də praktiki olaraq bu sirri aça bilmərik.Və unutmayın, əlimizdən gələn yeganə şey, həyatımız boyu sağlamlığımızın qeydinə qalmaq, verilən həyatın qədrini bilib onu layiqincə yaşamaqdır.

BİRİNCİ ŞƏRT

Həyatımızın müddətini uzatmaq və möhkəm can sağlığı üçün ilk şərt budur ki, hər kəs orqnizminin tələb etdiyi qədər vitaminləri və mikroelementləri qəbul etməlidir.Lakin yadınızda saxlayın ki, bu cür kimponentləri biz istədiyimiz vaxt deyil, bir qayda olaraq eyni vaxtda qəbul etməliyik.Sadaladığımız vitamin və mikroelementlərin ən təbbisi ən çox meyvə, tərəvəz və heyvan mənşəli qidalarda zəngindir.

Məsələn, əgər siz D vitamini çatışmazlığından əziyyət çəkirsinizsə, siz süd, yumurta, balığın bir çox növlərini yeyə bilərsiniz.Nəticədə əmin olun ki, sizin orqanizminizdə D vitamini balansı zənginləşəcək.

İKİNCİ ŞƏRT

İkinci şərtdə qeyd olunur ki, siz gün ərzində 2 litrdən az olmamaq şərtilə su  içməlisiniz.Yadınızda saxlayın ki, bütün orqanların normal iş fəaliyyəti üçün gün ərzində mütəmadi olaraq maye qəbulu mütləqdir.Həmçinin su bədəndə olan bütün toksinləri və zərərli maddələri bədəndən ifraz edir.

Həmçinin " meksikan resepti " adlandırılan bir üsul da var ki, bu da kokos yağından istifadə ilə bağlıdır.Kokos yağı orqanizmdə xolesterinin miqdarını azaldır və əzələ sisteminin işini yaxşılaşdırır.Bu yağla bişirdiyiniz yeməklərdən də əmin olun ki, heç bir əlavə dad və qoxu hiss olunmayacaq.

Bir çox alimlər qocalığın əleyhinə, eyni zamanda bədən formasını gözəl saxlayan meyvə olan ərikdən də bolluca istifadə etməyi məsləhət görürlər.Ərikdə beta – karotin adlandırılan xüsusi element var ki, bu da ömrü uzadan maddələr siyahısındadır.Ərik həmçiin aclıq hissini də çox gözəl yox etmək qabiliyyətinə malikdir.

 

loading...
Oxşar xəbərlər