loading...
loading...

Yaddaşı gücləndirmək üçün üsullar

loading...

 Yaddaşı gücləndirmək üçün üsullar

Aile.fenomen.az saytı psixoloji yardım edəcək xəbərlər bölüşməyə davam edir.

Gəlin razılaşaq ki, bizim hər birimiz güclü və gözəl yaddaşa sahib olmaq istəyərdik.Yaşa dolduqca hər insanda yaddaş zəifləməsi prosesi baş qaldırmağa başlayır.Bəs yaxşı nə etmək lazımdır ki, yaddaşımız hər zaman eyni formada öz tonusunu saxlaya bilsin.Bunun bir sıra üsulu var, onlardan bəziləri ilə sizi də tanış edirik

    1.   Kitab oxuyun

Bu üsul hər kəs üçü asan və rahat əldə olua bilən yoldur.Mütaliyə etdiyimiz zaman məlumdur ki, söz bazamız zənginləşir, beynimiz daha aktiv vəziyyətdə işləməyə başlayır.Kitab oxumanız həmçinin sizin fikirlərinizə də yenilik gətirəcək.Sizin həyata baxışınız dəyişəcək və ümumi ideyalarınızda gözəl fərqliliklər hiss edəcəksiniz.Mütaliyə zamanı diqqət edin ki, eyni mövzu daimi olmasın, çünki bu sizi yora bilər.

   2.    Beyini aktivləşdirəcək işlərlə məşğul olun

Mümkün olduğu qədər riyazi hesablamalar aparın.Bu ən sadə riyazi hesabdan tutmuş, çətin həndəsi tapşırıqlara qədər ola bilər.Yox əgər bu sizə çətindirsə, bu yöndə ən yaxşı çıxış yolu, krossvordların həllidir.

  3.    Özünüz üçün yeni maraqlar kəşf edin

Əvvə heç vaxt məşğul olmadığınız məşğuliyyətlərə maraq göstərin.Bu zövqdən asılı olaraq müxtəlif fəaliyyət növü ola bilər.Məsələn, kimi isə üçün bu piano ilə məşğul olmaq, kimi isə üçün rəsm dərslərinə başlamaq , kimi isə üçün isə sadəcə fiqurlu kankisürmə ilə məşğul olmaq ola bilər.

Yaddaşı yaxşı məşq edə bilmək üçün hər insanın normal bədən enerjisinə ehtiyacı olur.Buna görə dəöz yemək rasionunuza və qidalanmanıza xüsusi diqqətlə yanaşın.

Tibb işçilərinin araşdırmalarına görə bədəndə lazımi vitamin və ehtiyatların olmaması əsəb gərginliyinə və yaddaş pozuntusuna gətirib çıxarır.Lakin, bədən lazımi vitaminləri qəbul etdikdən sonra, beyin öz normasında işləməyə başlayır və bu zaman da yaddaşımız da özü – özlüyündə məşq etməyə başlayır.

loading...
Oxşar xəbərlər