UTANCAQLIQ - Bu 4 Üsulla ARADAN QALXIR!
Aile.fenomen.az saytı məlumat verir ki,
1. Dəqiq olaraq nələrdən yaxud nədən utandığınızı anlayın.Utanmağınıza səbəb nələrdir?Utanmağınıza səbəb siz özünüzsünüz yoxsa kənar insanların düşüncələrİ?Dəyişdirə biləcəyiniz vəziyyət mövcuddursa, dəyişin.Dəyişə bilmirsinizsə, yaxşı olar ki, bunu qəbul edin.
2. Sosial həyatınızın olmasından çəkinməyin.Cəmiyyət içərisində olmaqdan qaçmayın.Çünki, bu sizi daha da çətin bir vəziyyətə sala bilər.Çalışın ki, insanlarla söhbət edib, ünsiyyət qurasınız.Bunun üçün isə istər sosial şəbəkələri, istərsə də ətrafdakı insanlardan istifadə edə bilərsiniz.Hər hansı bir şəxsin sözü ilə həvəsdən düşüb mənfi düşüncələrə qapılmayın.Unutmayın, insanlar fərqlidir və düşüncələr də həmçinin.
3.Özünüzü sevin.Digərləri tərəfindən sevgi və hörmət görmək istəyirsinizsə, ilk növbədə özünüz özünüzü sevməlisiniz.Özünüzü çox sevin və mənfi xüsusiyyətlərinizlə qəbul edib barışın.
4. Ümümi məsləhətlər
Yeni bir şəxslə tanış olduğunuz zaman qarşı tərəflə ünsiyyət qurmağa, ona müxtəlif suallar verməyə çalışın.
Əgər utandığınız vəziyyət mövcuddursa, çalışın ki, bunu qarşı tərəfə göstərməyəsiniz.
Müsbət tərəflərinizi, bacarıq və istedadınızı göstərməkdən çəkinib qorxmayın.
Qəti olaraq dərk edin ki, bu həyatda heç kim ideal və mükəmməl deyil.