loading...
loading...

Bu hal evliliyinizi bitirə bilər – Cütlüklərə tövsiyə

loading...

Bu hal evliliyinizi bitirə bilər – Cütlüklərə tövsiyə

Bu sindromu uzun illər depressiya ilə səhv sala bilərlər. Çünki bənzər əlamətləri çoxdur. Ancaq bu problem depressiyadan fərqli olaraq bəlli, özəl bir problemlə ortaya çıxır.

Söhbət tükənmişlik sindromundan gedir.

 

Əsasən iş həyatında özünü göstərən sindrom həyatın digər sahələrində də yaşana bilər. Bunlardan biri də evlilik həyatıdır. Türkiyəli psixoloq Ferhan Bıçakçılar tükənmişlik sindromunun evliliklərdə də yaşandığını, üzüntü, yorğunluq və dözümsüzlüklə başlayan, xəyal qırıqlığı ilə davam edən bu halın ruh sağlamlığı ilə yanaşı evlilikləri də ciddi zədələdiyini bildirib. Psixoloqun bu haqda fikirlərini təqdim edirik.

 

Evlilik uzun müddətli bir münasibətdir. Bu münasibət uşaq, ailə, dostlar, travmalar, həyatdakı çətinliklər, maliyyə sıxıntıları kimi amillərdən təsirlənir. Evliliklərdə bəzən ünsiyyət və cinsi problemlər də ola bilir. Bütün bunların cəm olduğu və insanı artıq ümidsizlik duyğusuna sürüklədiyi durum tükənmişlik sindromu olaraq adlandırılır. Bu hal evlilik həyatını da bitirə bilər.

 

Psixoloqun fikrincə, indi insanlar münasibəti daha sürətlə yaşayır, daha tez tükədir və daha tez ziyan edir. Bu nöqtədə tükənməyə başladığımızda isə bir-birimizə soyuq yanaşmağa və bir-birimizlə heç münasibət qurmamağa başlayırıq.

 

Psixoloq evlilikdəki tükənmişlik sindromuna qarşı tərəflərin bir-birlərini yenidən xatırlaması, bir-birinə zaman ayırması lazım olduğunu deyərək cütlüklərə tövsiyə də verib: "Cütlüklər tükənmişlik sindromu yaşadıqlarında yenidən bir-birlərini və romantikanı xatırlamalarını tövsiyə edirəm.  Baş-başa yeməyə, kinoya getmək, ya da ən azından piyada gəzintiyə çıxmaq daha təsirli ola bilər. Əgər tükənmişlik çuxuruna düşdüyünüzü hiss edirsinizsə, birdən və tez bir zamanda yaxşılaşmağı gözləməyin. Kiçik addımlarla başlayın və kiçik, əlçatan hədəflərlə cəhd edin. "Həyat yoldaşımla bir dəfə yeməyə getdik, problemi həll etdik”, - deyə düşünməyin. Bu cür şeyləri tez-tez təkrarlayın. İnsan tükənmişlik sindromuna girdiyində beyin fəaliyyətə başlayır və həzz vericiləri dövrəyə salır. Məsələn, insan daha çox sosial şəbəkələrdə vaxt keçirir, ya da anası ilə, uşaqlarla məşğul olur. İnsan üzüldüyündə əhvalını yüksəltmək üçün alış-verişə həvəsli olur. Halbuki sadəcə bir-birini sevmək daha yaxşı təsir edəcək”.  (aile.lent.az)

 


 


loading...
Oxşar xəbərlər