ÖZGÜVƏNİ necə inkişaf etdirmək olar ?

loading...


Aile.fenomen.az saytı sizinlə maraqlı məlumat bölüşəcək.

İnsanları inkişaf etməyə və həyatını dəyişməyə imkan verməyən bir sıra səbəblər vardır.Bunlar insanın özgüvən hissinin aşağı olması və hər an nə isə bir uğursuzluqla rastlaşacağını düşünməsidir.Bu qorxu hissini məğlub etmək üçün nə etmək lazımdır ? Əlbəttə ki, özümüzü maksimum inkişaf etdirməli və özümüzə inam hissini yüksəltməliyik.Aşağıda özgüvən hissimizi yaratmaq üçün bir sıra məsləhətlər göstərilmişdir :

Düzdür, bu metodlar o demək deyil ki, sizin xarakterinizdə  nə isə böyük bir inqilab tipli oyanışlar edəcək, lakin bu metodları gözdən keçirib tətbiq etsəniz, xeyrini mütləq şəkildə görəcəksiniz.Lakin verilən metodları hər hansı bir reseptmiş kimi tam hər birini tətbiq etmək lazım deyil.Çünki bu metodlar ümumidir v ə hər kəs onların içərisindən öz məninə uyğun olanı seçməli və tətbiq etməyə çalışmalıdır.

Məslətlər :

a )Öz yarınızı tapmağa çalışın.Bəzən elə bir an və hal yaşana bilər ki, sadəcə doğru seçilmiş həyat müqabili ( dost, rəfiqə, sevgili ) sizdə özgüvən və inam hissini yarada bilər.

b )Geyim tərzinizi dəyişin.Əgər geydiyiniz geyim sizi gözəl və yaraşıqlı göstərirsə, bu artıq sizin özünüzü yaxşı hiss etmənizə səbəb olacaq.Çalışın ki, geydiyiniz geyimdə özünüzü çox yaxşı hiss edəsiniz və şəxsi qarderobunuzu mütəmadi olaraq yeni geyimlərlə rəngləndirəsiniz.Vacib deyil ki, geyiminiz mütləq şəkildə brend və çox bahalı qiymətə olsun,o sadəcə sizə yaraşmalıdır ki, siz onu geyərkən özünüzə əmin şəkildə gəzə biləsiniz.

c )Özünüzə diqqət edin.Güzgü qarşısına keçin və bütöv olaraq özünüzə baxın.Baxdıqca özünüzdə nəyi bəyənib bəyənmədiyinizə qərar verin.Sonra isə güzgü qarşısında fen vasitəsilə müxtəlif saç düzümləri, makiyajdan ( xanımlar üçün ) istifadə edib fərqlilik və gözəllik yaradasınız.

d )Xeyirxah və genişürəkli olun.Başqaların qarşı mehriban və xeyirxah olmaq sizə olan qiymətləndirməni yüksəldəcək.İnanın ki, hər hansı bir xeyirxah işlə məşğul olduqca və yaxşılıq etdikcə bu sizin özünüzü də çox gözəl hiss etməyinizə səbəb olacaq.

e )Gülümsəyin.Əvvəl olduğunuzdan daha çox gülərüz olmağa çalışın.Ağlınızda həmişə tutun ki, sizin həyatınızda hər şey o qədər də pis deyil və həyat gözəldir.Çalışın ki, hər zaman pozitiv və şən olasınız.Bununla siz yalnız özünüzə deyil, ətrafa da kömək edəcəksiniz.

f  )Minnətdar olmağı bacarın.Həyatda qazandıqlarınızdan və bağqalarının sizə verdiyi hər şey üçün minnətdar olmağı bacarın.Səmimi qəlbdən təşəkkür və minnətdarlıq etməyi bacarın,inanın ki, bunu ətrafdakılar da hiss edəcək.

g  )Hərəkətlərinizə nəzarət etməyi bacarın.Bir daha güzgü qarşısına keçin danışarkən və gəzərkən necə duruşda olduğunuza baxın.Danışarkən hansı jestlərdən istifadə etdiyinizə və üz mimkalarınıza diqqət yetirin.Ünsiyyət zamanı müqabilinizlə necə əlaqədə olduğunuza,məsələn onunla söhbət zamanı hansı jest və mimikadan istifadə etməyinizə və söhbət edərkən onun gözlərinə baxmağınıza fikir verin.Çünki söhbət zamanı sizin həddindən artıq gözünüzü qaçırmanız və müqabilinizə fikir verməməyiniz onda onun söhbətinin sizin üçün çaraqsız olduğu şübhələrini yarada bilər.

 Bunlar vəziyyəti ala bilmək üçün bir sıra psixoloji məsləhətlərdir.Hər kəs bu məsləhətlərdən fərdi olaraq özünə uyğun olanı seçsə onda özündə özgüvən hissini yaratmaq üçün addım atmış hesab oluna bilər.

loading...
Oxşar xəbərlər