loading...
loading...

Sidik Yolu İnfeksiyası - Hamiləlik Dövründə Bu Təhlükəlidirmi?

loading...

Инфекции мочевыводящих путей Это опасно при беременности?

Aile.fenomen.az saytı məlumat verir ki, 


Sidik yolu infeksiyası sidik yoluna bakteriyaların girişi ilə meydana gələn bir xəstəlikdir.Sidik yolu infeksiyası çox zaman qadınlarda hamiləlik zamanı meydana gəlir.Səbəbi isə ondadır ki, ana bətnində böyüyən körpə sidik kisəsinə basqı edir.Nəticədə isə sidiyin çıxışına əngəl yaranır və beləliklə də bu sidik yolunda bakteriya və infeksiyaların yaranmasına yol açır.

Hamiləlik zamanı sidik yolu infeksiyasının əlamətləri bunlardır :

Sidiyə çıxarkən yanma yaxud ağrı hissi ;
Hər zaman olduğundan fərqli olaraq daha tez -   tez sidiyə çıxma;
Sidikdə olan qanlı ifrazatlar ;
Qarnın alt nahiyəsində ağrı yaxud sancı hissi ;
Cinsi əlaqə zamanı ağrı ;
Üşümə, tərləmə, yüksək temperatur.

Sidik yolu infeksiyası körpənin həyatı üçün təhlükəlidirmi?

Sidik yolu infeksiyası müalicə olunmadığı zaman böyrək infeksiyasına yol aça bilər.Böyrək infeksiyası isə hamiləlik dövründə erkən doğuşa yaxud da Kömək çox azçəkili doğulmasına səbəb ola bilər.
Zamanında alınan müalicədən sonra isə bu xəstəliyin nə ana, nə də körpəsi üçün bir təhlükəsi qalmır.

loading...
Oxşar xəbərlər