loading...
loading...

Gün ərzində 13 qramdan çox duz qəbul etmək ...

loading...

Gün ərzində 13 qramdan çox duz qəbul etmək ...

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Avropa cəmiyyətinin kardioloqlar konferensiyasında Finlandiyalı professor Pekka Yousilaxta duzdan çox istifadə etmənin ziyanları haqqında fikirlər bildirib.

30 -  65 yaş arası olan qadın və kişilərin uzunmüddətli sidik tədqiqatlarından sonra belə müəyyən olunub ki, gün ərzində 13 qramdan çox duz qəbul etmək ürək xəstəlikləri riskini demək olar ki, 2 dəfəyə qədər artırır.Bu qidada 6,8 qrama qədər duz qəbul edənlərlə müqayisədə olan rəqəmdir.

Ümumdünya sağlamlıq orqanlarının məsləhətinə görə normal şəkildə gün ərzində qəbul edilən duzun miqdarı 5 qram - təxminən yarım çay qaşığı təşkil etməlidir.

Təşkilatın bildirdiyinə əsasən, planetdə hər gün təxminən 80 - 140 % duz qəbulunun artımı baş verir.Sözügedən bu artıq duzlar isə insan bədəninə çorək və un məhsulları, kolbasa, çipslər, çərəzlər, fast - fudlar və bir sıra bu tip qidalarla qəbul olunur.
 

loading...
Oxşar xəbərlər