loading...
loading...

Bu Məhsullar STRESS Əleyhinədir

loading...

Антистрессовые продукты

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

İstənilən dadsız qida bizim emosional fonumuzu zəiflədir, bizi solğun və yorğun olmamıza şərait yaradır.Bəzən artıq çəki atmaq üçün insanlar özlərini ciddi pəhrizə otuzdururlar, lakin belə halda onun nəticəsini, yəni istəmədikləri qida və məhsulları rasionlarına yığmaqla sözün əsl mənasında özlərinə psixi travma yetirirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, depressiyada olan şəxslərin dadbilmə qabiliyyətləri də zəifləyir - qida onlar üçün dadsız, quru kimi gəlir və hətta ən sevdikləri məhsullar belə onları sevindirmir.Buna baxmayaraq isə belə şəxslər mexaniki şəkildə daha artıq yeməyə başlayırlar.Təxminən insaların 30 % - i depressiya və stress zamanı kökəlirlər.

Psixiatriyada " dietik depressiya " adlı anlayış mövcuddur.Onun qurbanı kişilərə nisbətən daha çox qadınlar olur.Pəhrizlərlə maraqlanan insanın beyni faydalı maddələri qəbul edə bilmir və həyəcan, gərginlik siqnalları göndərir.Belə insanlar özlərini bədbəxt, narazı və deyingən olur.Bu hal bəzən də anoreksiya adlı xəstəliklə də nəticələnə bilir.Monopəhrizlər də bizim psixikaya o qədər də yaxşı təsir etmir.Yalnız bir qida üzrə pəhrizə oturduğunuz zaman orqanizminizdə metobolizmi pozulması baş verir.

Bütün bunlardan sonra qeyd etmək lazımdır ki, düzgün qidalanma stresslə mübarizəyə, əhvalı yüksəltməyə və s. kömək edə bilər.Bəzi bitkilərdə fitohormonlar var ki, onlar - öz tərkibinə görə insan hormonlarına bənzəyirlər."Xoşbəxtlik hormonları" olan endorfinlər şokolad və yulaf yarmasının tərkibində vardır.Deməli, ingilislərin günlərini yulaf yarması ilə başlamalarının məntiqli bir açıqlaması var imiş!

Bal - əsl təmiz balı seksual qida kimi adlandırmaq mümkündür.O, enerji qaynağı, həyəcanlandıran vasitədir.Qocalmanın da qarşısını almaq üçün çox faydalıdır.

Əhval - ruhiyyəni yüksəltmək üçün ən çox məsləhət görülən məhsullar - moruq və çiyələkdir.Darıxma, kədər, qəm hissini kənarlaşdırmaq istəyirsinizsə, tərkibi bol şəkildə Omeqa 3 ilə zəngin olan balıq ilə qidalanın.

Meyvə və tərəvəzlərin içərisindən stress əleyhinə sayılanların ən məşhuru - banan, pomidor, avakado, qreypfrut və yaşıl almadır.Ərik və şaftalı qıcıqlanmanı aradan qaldırmağa kömək edir.Nişastalı qidalar adrenalinin səviyyəsini aşağı endirir.İspanaq və turp isə gərginlik və yorğuluqla mübarizədə çox təsirlidir.


  

loading...
Oxşar xəbərlər