loading...
loading...

Kişilər OXUSUN!Prostatit Əleyhinə KİŞİ PƏHRİZİ

loading...

Kişilər OXUSUN!Prostatit Əleyhinə KİŞİ PƏHRİZİ

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Prostat - kişilərin sidik yolu sistemində əsas funksional rol oynayır.O, spermanın əsasını təşkil edən mayeni ayırır, bəzi hormonların sekresiyasında iştirak edir və cinsi akt zamanı innervasiya olunur.

Təəccüblü deyil ki, kişilər bu orqanlarında problem olmasından olduqca çox çəkinirlər.Bundan başqa, 25 yaşdan sonra 30 - 60 % prostatın müxtəlif soyuqlama problemlərindən əziyyət çəkirlər.

Bəs bu xəstəlikdən qorunmaq mümkündürmü?

Bir qrup ingilis alimləri belə hesab edir ki, xəstəliyin ən düzgün profilaktika yolu - düzgün qidalanmadır.Onlar əbəs yerə bu qənaətə gəlməyiblər.Məsələn, bir neçə il əvvəl aparılan eksperimentlər zamanı müəyyən olunub ki, soğan və sarımsaq, rəngli və brüssel kələmi və elə cə brokkoli kişilərdə prostat xərçəngi riskini 50 % azaldır.Buna görə də mütəxəssislər adı çəkilən bu məhsullardan həftədə minimum 3 dəfə, sarımsağı isə hər gün yeməyi məsləhət görürlər.

Prostatit və prostat xərçənginin profilaktikası üçün həm də yağlı balıq, paxla, noxud, mərcimək və moruq da tövsiyə olunan məhsullar sırasındadır.

Çox miqdarda süd məhsulları, şəkərli bişmələr, qızardılmış yeməklər və qırmızı ət isə ziyanlı qidalar siyahısındadır.Belə məhsulların qəbulunu yalnız belə xəstəlikdən əziyyət çəkənlər deyil, ümumiyyətlə sağlam insanlar da dayandırmalıdır.

Beləliklə, sağlam olmaq istəyən bir kişinin gündəlik qida rasionu üçün bir misal :

Səhər yeməyi : süddə bişirilmiş və moruq, bal əlavə edilmiş yulaf yarması yaxud da pomidorlu, göbələkli və soğanlı omlet.

Nahar yeməyi : soğan və sarımsaqlı tomat şorbası, paxla ilə toyuq kababı yaxud da mal əti kotleti ilə bişirilmiş düyü.

Qəlyanaltı : moruqlu və qozlu blinçiklər.

Şam yeməyi : ton balığı, paxla və avakadolu salat yaxud da paxlalı soğanlı salat.




loading...
Oxşar xəbərlər