Xanımlar DA OXUSUN! Kişilərin Gündəlik Menyusu Bu Tərzdə OLMALIDIR...
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Menyunu necə tərtib etmək lazımdır ?
Kişilərin səhər yeməyi doyumlu, yəni tərkibi bol şəkildə zülallı və karbohidratlı olmalıdır.Buna görə də səhərlər meyvəli sıyıqlar, pomidor və yumurta və süd qəbul etmək lazımdır.Kolbasa və kərə yağı ilə hazırlanmış buterbrodlar, şirin çay və şirin qəhvə - bu qidalar isə səhər yeməyi üçün heç də düzgün seçim sayılmır.
Nahar yeməyi üçün isə zülallı qidalara üstünlük vermək lazımdır.Lakin qida südlü deyil, heyvan mənşəli olmalıdır.Naharda istənilən balıq növlərindən, dəniz məhsullarından, yağsız ətlərdən - toyuq filesi, qaraciyər, mal dilindən istifadə edə bilərsiniz.Yanında qarnir kimi isə yaxşı olar ki, sərt növ buğdadan hazırlamış makaronlara yaxud da düyü, qarabaşaq, tərəvəz qarnirlərinə də müraciət edə bilərsiniz.Bunların da yanında təzə məhsullar yeməyi unutmayın, bunlar müxtəlif salatlar, doldurulmuş tərəvəzlər, kanapelər və badımcan rultləri ola bilər.
Şam yeməyində də naharda yediyiniz kimi davam edə bilərsiniz.Lakin, bir şərt var ki, artıq naharda ət yemisinizsə, yaxşı olar ki, axşam balıq yeyəsiniz.Menyunu tərtib edərkən diqqət etmək lazımdır ki, o rənarəng, fərqli, vitaminli və bol meyvə - tərəvəzli olsun.
Gecələr aclıq hiss etdiyiniz zaman isə, ziyanlı çipslərin əvəzinə, məsələn balqabaq tumundan istifadə edin.O, həm bol şəkildə sinklə və müxtəlif vitaminlərlə zəngin olmaqla yanaşı, həm də kişi xəstəlikləri ilə mübarizədə də olduqca effektivdir.
Nümumə kimi bir neçə növ yemək öyünlərini sizə təqdim edirik :
Səhər yeməyi :
1 ədəd pomidorlu, reyhanlı və 3 yumurtadan hazırlanmış qayğanaq.
taxıl çörəyi
şəkərsiz qəhvə
desert üçün isə qarpız yaxud da yoqurt
Qəlyanaltı :
1 ədəd banan və darçınlı südlü kokteyl
Nahar yeməyi :
pomidor, xiyar, göyərti, sarımsaq və zeytun yağı əlavə edilmiş salat
klassik borş
düyü və təzəvəz qarnirli som balığı
desert üçün isə quru meyvələr, peçenye və adi çay
Qəyanaltı :
alma, armud yaxud da portağal
Şam yeməyi :
Qaymaqlı souslu rəngli kələm qarnirli mal qaraciyəri
Gecə :
Nar, yoqurt yaxud kəsmik
loading...