loading...
loading...

Gecələr Ayaqyoluna Tez - Tez Getməyin SƏBƏBLƏRİ NƏDİR?

loading...

Gecələr Ayaqyoluna Tez - Tez Getməyin SƏBƏBLƏRİ NƏDİR?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Orta və yaşlı nəslin nümayəndəsi olan milyonlarla insan gecələr tez - tez ayaqyoluna getməkdən şikayətçidirlər.Bu proses əlbəttə ki, yuxu və əsəblərə də öz mənfi təsirini göstərir.Fransalı mütəxəssisləri bu problemi yarada biləcək səbəbləri açıqlayıblar.

Orqanizmin aşağı hissəsində suyun yığılması
Uzun müddət horizontal istiqamətdə uzanan şəxslərdə bu səbəbə görə maye yığılır və nəticədə tez - tez ayaqyoluna getmə halları baş verir.Əgər belə bir problem yaşayan şəxslər varsa, yatmazdan öncə ayaqlarınızı bir balaca qaldırın.

Yatmazdan öncə qəhvə içmək
Kofein və spirtli içki orqanizmdən sidiyin ayrılmasını artırır.Yatmazdan öncə qəhvə içənlər bu problemlərlə çox üzləşirlər.Gecələr rahat və problemsiz yatmaq istəyənlər axşam saat 6 - dan sonra qəhvə, yatmağa 3 saat qalmış isə şərab içməməlidirlər.

Yatmazdan öncə çoxlu su içmək
Yatağa getməzdən əvvəl çox su içmək gecələr tez - tez sidiyə getməyə səbəb olur.Su yuxunu pozur, bu səbəblə də çalışın ki, onu yatmağa getməzdən ən azı 2 saat əvvəl içəsiniz.

Sidik yolları infeksiyaları
Sidik yolları infeksion xəstəlikləri zaman tez - tez belə hallarla üzləşilir.Bu zaman narahatlıq və ağrılar da baş verir.Bu xəstəlik əsasən kişilər arasında geniş yayılmışdır.

Diabet
Əgər siz diabetə meyilli yaxud da artıq diabet xəstəsisinizsə orqanizm bədəndə olan şəkəri yumaq üçün çox miqdarda sidik ifraz edir.Gecələr tez - tez ayaqyoluna gedən şəxslər qan şəkərlərini mütləq yoxlamalıdırlar.


loading...
Oxşar xəbərlər