loading...
loading...

BƏDƏNİMİZ OLAN XƏSTƏLİKLƏRİMİZDƏN XƏBƏR VERİR ! MÜTLƏQ OXUYUN

loading...

BƏDƏNİMİZ OLAN XƏSTƏLİKLƏRİMİZDƏN XƏBƏR VERİR ! MÜTLƏQ OXUYUN

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Əgər söhbət ciddi bir xəstəlikdən gedirsə, ən əsası odur ki, xəstəliyin üstünə vaxtında düşəsən və onu ilk pillələrində müalicə edəsən.Bunu etmək üçün isə orqanizmdə gedən dəyişiklikləri yaxından izləmək və həkimə vaxtında müraciət etmək lazımdır.Xoşbəxtlikdən, bir sıra xəstəliklər var ki, onları elə ilk başlama vaxtından anlamaq mümkündür.Lakin, bunun üçün bədəndə müəyyən nahiyələr vardır ki, onlara baxmaqla xəstəliyi anlamaq mümkündür.


Ürək tutması
Göz ətrafında yaranan sarı yığılmalar qanda xolesterinin səviyyəsinin artmasının siqnalını verir ki, bu da ürək damar sistemi xəstəliklərinin yaranmasının işarəsidir.Bu əlamətlər olduğu zaman isə mütləq kardioloq müayinəsinə getmək lazımdır.


İnsult
Aydındır ki, hər yanı simmetrik olan üz demək olar ki, mövcud deyil.Lakin, əgər tanışlarınızdan birində gözə çarpacaq dərəcədə asimmetriklik hiss edirsinizsə həkimə müraciət etmək lazımdır.Çünki, üzdə yaxud da hər hansı mimiki ifadələrdə əyrilik hiss olunursa, bu sinir sistemi xəstəliklərinin yaxud da insultun əlaməti ola bilər.


Endokrin sisteminin xəstəlikləri
Bədəndə yaxud simada olan artıq tüklər o demək deyil ki, dərhal kosmetoloq yaxud da lazer epilyasiya mütəxəssisinə müraciət edəsiniz.Çünki, qadın bədənində tüklənmə hormonal pozğunluq yaxud da yumurtalıq polikistozları zamanı əmələ gəlir.Buna görə də belə əlamətlər olduğu zaman endokrinoloqla məsləhətləşmək ən doğru yoldur.


Diabet
Bu ciddi hesab edilən xəstəliyin ilkin əlaməti qəfil şəkildə üzdə yaranan xırda qırış torbacıqlarıdır.Bu əlamət endokrin sistemində olan pozulmanın da əlaməti ola bilər.Ona görə də yaxşı olar ki, bir endokrionolq həkimə baş çəkərək, qanınızda olan şəkərin miqdarını ölçdürəsiniz.


Anemiya
Anemiya xəstəliyi qan azlığıdır.Üzünüz solğun, ağ rəngdədirsə, yaxşı olar ki, qan analizi verərək qanınızdakı hemoqlobinin səviyyəsini ölçdürəsiniz.

 

loading...
Oxşar xəbərlər