loading...
loading...

DİQQƏT! Xərçəngin İlk 6 Əlaməti Bunlardır!

loading...

DİQQƏT! Xərçəngin İlk 6 Əlaməti Bunlardır!

 

 Aile.fenomen.az saytı məlumat verir ki,


Son zamanların ən qorxulu və geniş yayılmış xəstəliklərindən biri də xərçəngdir.Xəstəliyin əsas əlamətlərini nəzərinizə çatdıracağıq :


HEMOQLOBİNİN AŞAĞI OLMASI
Hemoqlobin - orqanlara oksigen ötürən qanda olan zülaldır.Hemoqlobinin qəfil aşağı düşməsi onkoloji xəstəliyin ilk əlamətlərindən ola bilər.Hemoqlobin səviyyəsinin necə olduğunu bilmək üçün isə il rzində mütəmadi olaraq qan analizi vermək lazımdır.


AĞRI
Ağrı varsa onun mütləq şəkildə bir səbəbi də vardır.Məsələn, əgər beldə ağrı varsa, bunun səbəbi düzgün edilməmiş hər hansı bir fiziki yük yaxud hərəkət ola bilər.Xülasə, yaranan istənilən ağrının səbəbi vardır.Buna görə də əgər hər hansı bir nahiyədə ağrı hiss edir yaxud da bu ağrını atılan dərmanla kəsmək mümkün olmursa mütləq şəkildə həkimə müraciət etmək lazımdır.


QƏFİL ÇƏKİ İTİRMƏ
Bu əlamət çox zaman onkoloji xəstəliyin artıq ağır mərhələsində baş verir, lakin əksi də ola bilər.Bun agörə də, əgər pəhriz saxlamadan, idmanla məşğul olmadan və yaxud da hər hansı stressli- depressiv hal yaşamadan qəfildən sürətli çəki itirmə halı yaşayırsınızsa, həkimə müraciət mütləqdir.


ZƏİFLİK
Əgər əvvəllər yorulmadan gördüyünüz işi artıq edərkən çox yorulur və əldən düşürsünüzsə, belə olan halda narahat olmaq lazımdır.Yorğunluq və zəifliyin səbəbi orqanizmdə böyüyən və orqanizmin fəaliyyət mexanizmini dəyişən şişlər ola bilər.


TEZ - TEZ XƏSTƏLƏNMƏK
Xərçəng xəstəliyi zamanı orqanizmin immuniteti tamamilə düşür və artıq heç bir infeksiyaya qarşı mübarizə apara bilmir.Əgər artıq tez - tez xəstələnirsinizsə, xüsusilə də bu yay mövsümündə baş verirsə həkimə müraciət etmək vacibdir.


SARALMA
Toksiki zəhərlənmə yaxud da istənilən başqa bir xəstəlik zamanı qaraciyər öz funksiyasını yerinə yetirə bilmir, çünki şiş ona mane olur.Bunun nəticəsində isə dərinin rəngində dəyişilmə, saralma baş verir.

 

loading...
Oxşar xəbərlər