loading...
loading...

İntellekti Yüksək Olan İnsanlar NƏ ÜÇÜN ÇOX ZAMAN ARTIQ ÇƏKİLİ OLURLAR?

loading...

İntellekti Yüksək Olan İnsanlar NƏ ÜÇÜN ÇOX ZAMAN ARTIQ ÇƏKİLİ OLURLAR?

 
Aile.fenomen.az saytı məlumat verir ki, İnsan intellekti və zəkası normal fəaliyyəti üçün çoxlu enerjiyə ehtiyac duyur.

Lavalya universitetinin kanadalı mütəxəssisləri belə bir qərara gəliblər ki, insan zəkası normal və aktiv fəaliyyətini təmin etmək üçün kalorili qidaların qəbuluna ehtiyac duyur.Belə bir ehtiyac duyulduğu halda isə insanların əl atdıqları ilk qida növləri çox yüksək kalorili və şirin məhsullar olur.
Ətrafımızda gördüyümüz zəkası parlaq olan insanların artıq çəkidən əziyyət çəkmələrinin də səbəbi məhz budur.

Qeyd olunan bu fikir və mülahizələrin sübuta yetirilməsi üçün isə alimlər bir sıra eksperiment və müşahidələr keçiriblər.
 
Eksperimentə tələbələr cəlb edilib.Belə ki, fəaliyyət növü və formasından asılı olaraq tələbələri qruplara ayırıblar : qrupun birində tələbələr dincəlir, digərində oxuyur, başqasında isə diqqət və yaddaş testləri keçiriblər.45 dəqiqə sonra isə eksperimentdə iştirak edən könüllülər qəlyanaltıya dəvət olunublar.

Bu zaman qeydə alınıb ki, ağıl, dərrakə və beyin bacarığından istifadə edən şəxslər digərləri ilə müqayisədə daha çox yeyiblər.
Bunu da alimlər onunla əlaqələndiriblər ki, beyinin aktiv fəaliyyəti zamanı onun qlükozaya olan ehtiyacı daha da artır.

 

loading...
Oxşar xəbərlər