loading...
loading...

Payız Mövsümündə Qida Rasionunuzdan Bu Məhsulları ƏKSİK ETMƏYİN!

loading...

Payız Mövsümündə Qida Rasionunuzdan Bu Məhsulları ƏKSİK ETMƏYİN!

Aile.fenomen.az saytı məlumat verir ki, 

Bir çox insanlar şikayətlənirlər ki, payızda onların həyat tonusu və əhval - ruhiyyəsi aşağı enir.

Lakin, mütəxəssis və dietoloqlar bir sıra qida məhsullarından ibarət siyahı tərtib ediblər ki, bu siyahıda olan məhsullar "xoşbəxtlik hormonu" adlandırılan serontoninin əmələ gəlməsinə şərait yaradır.Qeyd etmək lazımdır ki, bu hormon həmçinin sinir sisteminin normal fəaliyyəti üçün də olduqca vacibdir.

Payız depressiyasından çıxmaq üçün qida rasionunuza yağlı süd məhsullarını əlavə edə bilərsiniz.Belə məhsulların tərkibində serontoninin əmələ gəlməsinə kömək edən triptofan maddəsi vardır.Süd məhsullarının içərisində xüsusilə faydalı olanı isə sərt pendirdir.O, qıcıqlanmanın və yuxusuzluğun qarşısını alır.

Payız mövsümünün faydalı ərzaqlarından biri də göbələklər və qoz, fındıq kimi çərəzlərdir.Belə qida məhsulları B qrup vitaminləri ilə zəngindirlər.

Paxlalı bitkilər də olduqca vitaminli və faydalı məhsullar siyahısına aiddirlər.Bu qida məhsullarından da payızda bol şəkildə istifadə eymək məsləhətdir.

loading...
Oxşar xəbərlər