loading...
loading...

Bu 4 Qidanı Yatmadan Öncə Yeyə BİLƏRSİNİZ !

loading...

Bu 4 Qidanı Yatmadan Öncə Yeyə BİLƏRSİNİZ !

Aile.fenomen.az saytı məlumat verir ki, 

Pəhrizdə olanlar adətən gecələr acdıqları zaman əziyyət çəkirlər.Lakin, müəyyən edilib ki, bir sıra qida məhsulları mövcuddur ki, onları gecə rahatlıqla yemək və bədən ölçülərinə ziyan vurmamaq olar.

Giləmeyvələr

Bu dadlı kiçik meyvələrin tərkibində çox az miqdarda şəkər və kalori var.Bu xüsusiyyətinə görə də heç bir narahatlıq hissi keçirmədən onlardan yeyə bilərsiniz.

Badam

Çərəzlər içərisində ən faydalısı bildiyimiz kimi badamdır.Badam bol miqdarda E vitamini, omeqa 3 yağ turşuları və digər faydalı mikroelementlərdən ibarətdir.Əmin olun ki, yatmazdan öncə cəmi 20 qram badam yeməklə siz orqanizminizə yalnız fayda vermiş olacaqsınız.

Hindi əti

Hindi əti tərkibinin zənginliyi və faydalılığı ilə digər quş ətlərindən fərqlənir.Belə ki, hindi ətində bol miqdarda zülal, müxtəlif minerallar və vitaminlər vardır.Bu ətin həzmi də rahat baş verdiyi üçün bu qidalar siyahısında yer almaqdadır.

Avokado

Gecə acmısınızsa ən yaxşı və ən faydalı edə biləcəyiniz seçimlərdən biri də avokadodur.Sadəcə yarım dilim avokado yemək kifayətdir ki, aclıq hissi yox olsun.Lakin, xüsusilə qeyd etmək lazımdır ki, onu yeyərkən həddi aşmaq olmaz.Çünki, 100 qram avokadonun kalori dəyəri 282 - dir.

loading...
Oxşar xəbərlər