loading...
loading...

Körpələrdə Qəbizlik Problemi və Müalicə Üsulları

loading...

Aile.fenomen.az saytı məlumat verir ki,

Qəbizlik yaşından asılı olmayaraq, həm körpələri, həm də böyükləri narahat edən problemdir.Yeni doğulan körpələrin də əksəriyyəti doğulduqdan bir neçə həftə sonra bu problemdən əziyyət çəkməyə başlayırlar.Bitki tərkibli üsul və vasitələrdən istifadə etməklə bu problemi həll etmək mümkündür.Xüsusilə qeyd etmək lazımdır ki, yeni doğulan körpələrdə qəbizlik problemi vaxtında müalicə edilməzsə, daha sonra əməliyyat kimi ağır vəziyyətlərə də yol aça bilər.

Körpələrdə qəbizliyin əlamətləri hansılardır?

Körpənizin nəcisinə diqqət yetirin, çünki körpə nəcisə çıxsa belə onun xüsusiyyətlərinə diqqət etmək lazımdır ;
Körpənin qarın bölgəsinin sərt və gərgin olması ;
Körpənin uzun müddət narahatlıq hissi keçirməsi və ağlaması ;
Körpənin nəcisinin forması ( kiçik yumru dənəşəkilli olması ) ;
Nəcisin rəngi ( qara, tündrəngli olması ).

Yeni doğulan körpələrdə qəbizliyin yaranma səbəbləri :

İnkişaf etməkdə olan körpənin bədəninin həzm sisteminin və bağırsaqlarının fəaliyyətinin tam formalaşmaması ;

Körpəni ana südündən kəsib, süni qidalarla qidalandırmağa başlanması.

Körpədə qəbizlik problemini necə həll etmək olar ?

ANA SÜDÜ
Ana südü körpə üçün hər tərəfdən ən faydalı qidadır.Südün tərkibində nəcisi yumşaldan xüsusi maddələr vardır.Ana südündə olan motilin hormonu bağırsaq fəaliyyəti üçün faydalıdır.

QARIN MASAJI
Körpənin qarnına kiçik hərəkətlərlə masaj etmək onu həm qəbizlik, həm də qaz sancısı kimi narahatlıqlarından azad edə bilər.Qarın masajını etmək üçün körpəni uzadın.Sonra isə saat əqrəbi istiqamətində və əksi istiqamətdə masaj edin.Daha sonra ayaqlarını velosiped sürən kimi hərəkətlər etdirin.

KÖRPƏYƏ MAYE VERMƏNİ ARTIRIN
Qəbizlik həzm sistemində mayenin az olmasından yaranan problemdir.Ana südünü tez - tez verməyə çalışın.



loading...
Oxşar xəbərlər