loading...
loading...

Şirniyyatdan Necə Uzaq Durum?

loading...

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Şirniyyatı tamamilə olmasa da müəyyən miqdarda qida rasionumuzda necə azalda bilərik?
Dietologiya sahəsinin mütəxəssisləri bu mövzuda bir sıra məsləhətləri bildiriblər :

1. Hər hansı bir fəaliyyət yaxud hazırlıq zamanı şirniyyat yeməməyə çalışın.Məsələn, komputer arxasında əyləşib çalışarkən çox adam ən azı 1 - 2 ədəd şokoladı özü də fərqində olmadan yeyir.Səbəbi isə fikrin yayınmasıdır.

2. Adət halını almış vərdişlərdən əl çəkin. 
İnsanların əksəriyyəti dostları və hər hansı bir qohumu ilə görüşdükləri zaman tort yaxud müəyyən bir şirniyyat alırlar və yeyirlər.Bu stereotiplərdən əl çəkməli və görüş zamanı meyvə yaxud  şirniyyatdan sağlam məhsullardan yeməyə və almağa çalışın. 

3. Şirniyyatı mükafat olaraq dəyərləndirməyin.
Ağır iş günündən sonra insanlar düşünür ki, bu gün kifayət qədər işləyib, enerji sərf etmişəm və hər hansı bir şirniyyat ilə özümü mükafatlandıra bilərəm və buna haqqım var.Bu əlbəttə ki, olduqca yanlış bir fikirdir.Daha faydalı və sağlamlığınız üçün daha təhlükəsiz bir nemətlər yeməyə çalışın. 

4. Ac olmayın.
Çalışın ki, gündəlik qida rasionunuzda bol miqdarda zülallı, sağlam yağlı və karbohidratlı məhsullar olsun.Belə tərkibli məhsullar toxluq hissini yaradır.
 

loading...
Oxşar xəbərlər