Uşaqlıq Mioması Xəstəliyinə Bu Süd Məhsulları Yardım Edir !
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Amerikanın Boston universitetinin alimləri təsdiq ediblər ki, ümumiyyətlə süd məhsulları qadın orqanizmi üçün çox faydalıdır.
Uşaqlıq mioması qadınlar arasında kifayət qədər yayılmış ginekoloji patologiyadır.Mioma uşaqlığın əzələ qatında yaranan xoşxassəli şişdir.Yaranan vəziyyətlərin təxminən 5 % - də bu şişlər uşaqlıq boynunda yaranır.
Miomanın yaranma səbəbi menstruasiyanın uzun müddət çəkməsi ola bilər. Belə olan halda isə orqanizmdə xroniki anemiya yarana bilər.Anemiya isə öz növbəsində immun sisteminin aşağı düşməsinə, xroniki yorğunluğa, oksigen çatışmazlığına yol aça bilər.Oksigen çatışmazlığı zamanı isə taxikardiya, baş ağrıları, baş gicəllənməsi və ürək damar sisteminin funksiyasının pozulmasına səbəb ola bilər.
Araşdırmalar zamanı müəyyən edilib ki, gün ərzində 4 dəfədən çox süd məhsullarından istifadə edən qadınlar digərləri ilə müqayisədə 30 % daha az uşaqlıq mioması xəstəliyinə tutulurlar.
Süd məhsullarının belə təsirli olmasının sirri isə tərkibində olan bol miqdarda kalsium və maqneziyum maddələrinin olmasıdır.
loading...