Daha xoşbəxt və həyatdan razı olmaq üçün bunları yeyin
Avstraliya alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, meyvə və tərəvəzlərin qəbulu insanları daha xoşbəxt və həyatdan razı edir. LiveScience xəbər verir ki, alimlər 2 il ərzində 12 min nəfər insanın rasionuna nəzarət edirdilər. Əsasən rasionda meyvə və tərəvəzlərin miqdarı qiymətləndirilirdi. Bundan əlavə alimlər eksperimentin iştirakçılarına onların öz həyatından razı olub-olmadığını 10 bal şkalası üzrə qiymətləndirməyi təklif edirdilər. Müşahidələr zamanı məlum olub ki, rasionda meyvə və tərəvəzlərin çox olması insanları daha xoşbəxt edir. Alimlərin fikirinə görə bunun səbəbi orqanizmdə B12 vitamininin artmasıdır. Bu vitamin beyində serotoninin ifrazını artırır. Serotonin yaxşı əhval-ruhiyyə ilə bağlı olan neyromediatordur. Beləliklə, meyvə və tərəvəzlərin qəbulu həm bir çox xəstəliklərin inkişafı riskini azaldır, həm də insanın ümumi əhvalının yaxşılaşmasına kömək edir.