loading...
loading...

Hamiləlikdən Sonra Yaranan Çatlar

loading...

Hamiləlikdən Sonra Yaranan Çatlar

 
 Aile.fenomen.az saytı hamilə xanımların diqqətini çəkəcək məlumat paylaşır.

 

Hər xanımın arzusudur ki, hamiləlikdən sonra bədən quruluşu və forması əvvəlki kimi olsun.Hamiləlikdən sonra xanımların görünüşlərində ən çox əziyyət çəkdikləri nahiyə qarın bölgəsində və sinədə yaranan çatlaqlardır.

 

Hamiləlikdən sonra bu cür problemlərin yaranma səbəbi nədir ?

 

Çatlaqlar – dəri səthində yüksək gərginlikdən və artıq çəkidən açıq rəngli çatlamalardır.Bu cür çatlaqlar ən çox yeniyetmə yaşda böyüyən gənclərdə və hamilə xanımlarda olur.İrsi amillər də bu problemlərə yol aça bilər.

 

Çatlaqları aradan necə qaldıra bilərik ?

 

Bu problemi praktiki olaraq aradan qaldırmaq demək olar ki, mümkün deyil.Çünki, bədənimiz parça deyil ki, o cırılarsa, onu yenidən tikə bilək.Lakin, bir sıra kosmetik və tibbi vasitələr var ki,məsələn, ozonoterapiya, pilinq və s. bu problemləri gözəgörünməz edə bilər.

Daha bir çıxış yolu isə, hamiləlik dövründə xüsusilə çatlaqların yaranmasının qarşısını alacaq krem, gel və ya yağlardan istifadə etməkdir.

 

 


loading...
Oxşar xəbərlər