loading...
loading...

Dietoloqlar Səhər Yeməyi Üçün ƏN FAYDALI 7 MƏHSULUN ADINI ÇƏKDİ..

loading...

Dietoloqlar Səhər Yeməyi Üçün ƏN FAYDALI 7 MƏHSULUN ADINI ÇƏKDİ..

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Ekspertlər bu məhsulları səhər menyusuna salmağı təkidlə tövsiyə edirlər.
Məlumdur ki, yemək öyünləri arasında həm sağlamlıq üçün, həm də özünü yaxşı hiss etmək üçün ən vacib olanı səhər yeməyidir.Bu səbəblə də səhər yeməklərini qətiyyən qaçırmaq olmaz.Əgər nəzər salsaq görərik ki, qətiyyən səhər yeməyi yeməyən yaxud da müntəzəm şəkildə səhər yeməyi yeməyən şəxslərin həm həzm sistemi problemləri olur, həm də gün boyu onlar yuxulu, enerjisiz olurlar.Bu səbəblə də hər kəs gündəlik qida rejiminə səhər yeməyini də əlavə etməlidir.


Səhərlər yeyilən qidadan maksimum isə maksimum fayda əlavə etmək üçün dietoloqlar müəyyən bir məhsul siyahısı tərtib ediblər.Bu 7 qida məhsullarını sizə təqdim edirik :


Toyuq yumurtası - qidalandırıcı məhsuldur, vitamin A, dəmir və digər faydalı komponentlərlə zəngindir.


Quş əti - tərkibində az miqdarda kalori var və gün boyu enerjini təmin edən zülallarla zəngindir.


Süd məhsulları və pendir - orqanizmi kalsium, zülal və yağlarla zənginləşdirərək həzm siisteminin fəaliyyətini yaxşılaşdırır və sümükləri möhkəmləndirir.


Sitrus meyvələri - həzm olunmamış qidaları bağırsaqdan təmizləməyə kömək edir, gümrahlıq və pozitiv enerji bəxş edir.


Sıyıqlar - tərkibi bol miqdarda karbohidratlar və faydalı elementlərlə zəngindir, bu da maddələr mübadiləsinin güclənməsinə və beyin fəaliyyətinin yaxşılaşmasına yardım edir.


Bal - şəkəri əvəz edir və əla enerji mənbəyidirşBundan başqa, balın antibakterial keyfiyyətləti vardır ki, bunun da sayəsində orqanizmin müdafiə gücü artır.


Kəpəkli çörək, kətan toxumu və çörək - taxıl məhsulları mədə bağırsaq traktı üçün olduqca faydalıdır, buna görə də bu məhsulları müntəzəm şəkildə səhərlər yemək lazımdır.


Sadalananlardan yeganə bir şeyə diqqət etmək lazımdır ki, sitrus meyvələrini yaxud da şirəsini ac qarına qəbul etmək məsləhət deyil.Çünki, o mədənin şirəli təbəqəsini zədələyə bilər.Lakin, səhər yeməyini 1 stəkan qreypfrut meyvəsi yaxud şirəsi ilə yekunlaşdırsanız, o sizin həm bədən ölçünüz üçün, həm də ümümi sağlamlığınız üçün öz müsbət təsirini göstərəcək.

 

loading...
Oxşar xəbərlər