Qadınlar seksdən ona görə soyuyur ki... - SƏBƏBLƏRİ

loading...

Qadınlar seksdən ona görə soyuyur ki... - SƏBƏBLƏRİ

Araşdırmalar görə, dünyada hər beş insandan birində cinsi istəksizlik müşahidə edilir. Adətən qadınlar daha çox bu problemdən əziyyət çəkir. Cinsəllikdən uzaqlaşma və istəksizlik bir çox səbəblə bağlıdır. Türkiyəli psixoterapevt Rıdvan Üneyin fikrincə, bəzən bu xoşagəlməz hallara fiziki, bəzən də psixoloji problemlər səbəb olur. Türkiyəli mütəxəssisin qadınlarda cinsi istəksizliyə dair fikirlərini təqdim edirik.

 

Cinsi istəksizliyin əsas səbəblərindən biri psixoterapiya ilə bağlıdır. Cinsi həyat haqqında məlumat çatışmazlığı və ya səhv məlumatlanma qadınlarda cinsi istəksizliyə gətirib çıxarır: "Qadınlar düşünür ki, kişilər hər zaman istəklidir və qadınların cinsi istəyinin olması ayıb hesab edilir. Bu hal isə qadınların kişilərə nisbətən cinsəllikdən daha çox soyumasına gətirib çıxarır. Amerikada aparılan araşdırmalardan birinin nəticəsinə görə, kişilərin 15%-i, qadınların isə 32%-i cinsəllikdən soyuma halları yaşayır. Müsəlman ölkələrində isə qadınlara aid bu faiz daha yüksəkdir”.

 

 

Cinsəllikdən soyumanın fiziki səbəbləri

 

Şəkər, ürək xəstəliyi, təzyiq problemləri kimi həyatı boyu davam edən xəstəliklər, xərçəng, menopauza, istifadə edilən dərmanlar və hormonal problemlər də cinsi istəksizliyə səbəb olur. Həkimin sözlərinə görə, cinsi istəksizliyin müalicəsi var.

 

R. Üney qadınlarda və kişilərdə cinsəllikdən soyuma səbəblərini bu cür sıralayıb:

 

1. Cinsi mövzuda məlumatın az olması

2. Cinsi mövzularda istəkli görünərsə, bunun başqa mənalara yozulmasından çəkinmək

3. Aldadılma

4. Ön sevişmə müddətinin az olması

5. Öz bədənini bəyənməmək

6. Orqazm ola bilməmə

7. Depressiya

8. Evlilikdə uyğunlaşmanın olmaması

9. Hamilə qalma qorxusu

10. Kifayət qədər romantiklik yaşaya bilməmə

11. Kişinin qadın cinsəlliyi mövzusunda məlumatsızlığı

12. Cinsi istəkləri mövzusunda özünü ifadə edə bilməməsi

13. Cinsəlliyin başlamasını kişidən gözləmək

14. İlk təcrübənin ürəkaçan nəticə verməməsi

15. Menopauza

16. Masturbasiya etməmə

17. Vaginizm (birləşmənin olmaması)

18. Hamiləlikdə cinsəllik mövzusunda səhv məlumatlanma

19. Əmizdirmə

20. Mənəvi şiddət

21. Fiziki şiddət

22. Günahkarlıq duyğuları

23. Cinsəllikdə həyat yoldaşına itaət etmə

24. Cinsi təcavüz və təcavüzlər.

 

 

Kişilərdə cinsi istəkdə azalma səbəbləri

 

1. Sərtləşmə problemi

2. Erkən boşalma

3. Evlilik problemləri

4. Ağır və uzun iş saatları

5. Məlumat çatışmazlığı

6. Tərəf müqabilinin istəksizliyi

7. Aldatma

8. Həyat yoldaşından başqa qadınlarla cinsi münasibət

9. Mənfi yaşanan ilk təcrübə

10. İqtisadi problemlər

11. Depressiya

12. Cinsəllikdə müvəffəqiyyətli ola bilməmə qorxusu

13. Yaşlılıq

14. Gizli homoseksuallıq


loading...
Oxşar xəbərlər