Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə seks
Tərəf müqabilinin yataqda nələrdən xoşlanması hər kəsə maraqlıdır. Elə isə ideal tərəf müqabiliniz hansı bürcdən olmalıdır? Bürclərə görə seks uyğunluğu ilə bağlı maraqlı faktları açıqlayırıq. Qoç Seksdə iddialı bürclərdən biri olan qoçlar yataqda da iddialıdır. Qaçmaqdan çox qovalayan tərəf olmaqdan xoşları gəlir. Emosional oyunları sevmir. Zövq verdiyini görmək istəyir. Saçları ilə oynanılmasını və başının sığallanmasını çox sevir. İdeal tərəf müqabilləri: Şir, tərəzi, əkizlər, əqrəb Buğa Cinsi həzdən çox romantik həzdən xoşları gəlir. Qoxular, səslər, toxunuşlar onlar üçün ereksiya qədər vacibdir. Enerji xərcləməyi sevmirlər, buna görə də qarşı tərəfə daha çox işi düşür. İdeal tərəf müqabilləri: Əqrəb, xərçəng, qız və oğlaq Əkizlər Cinsi münasibət mövzusunda çox rahatdırlar. Gözlənilməz yerlərdə sevişmək və ya seks mövzusunda danışmaqdan çəkinmirlər. Flört etmək üçün mükəmməl olan əkizlər bürcü seksual və ağıllı tərəf müqabilidir. Seksə əyləncə kimi baxır, hər zaman yenilik etmək, bir çox şeyləri sınaqdan keçirmək istəyir. İdeal tərəf müqabili: Qoç, əkizlər, oxatan, dolça. Xərçəng Seksə münasibətləri yaradıcı və şəhvətlidir. Lakin onları başdan çıxarmaq üçün bir az səy göstərməlisiniz. Güclü hissləri olan xərçənglər tərəf müqabillərinin nə istədiyini hiss edir. Xərçəng üçün seks sevgi, eşq və şəhvət dolu bir yaxınlaşmadır. İdeal tərəf müqabilləri: Buğa, şir, oğlaq, balıq. Şir Sabit və güclü cinsi impulsa malik olan şirlər tərəf müqabili tapmaq üçün kifayət qədər cazibəyə malikdir. Şirlər ehtiraslı və diqqətli aşiqdirlər. Bununla yanaşı qabiliyyətlərinin dəyərləndirilməsini istəyirlər. Başdan çıxarılmağı və ön sevişməni sevirlər, ombaları ən həssas erogen bölgələrindən biridir. İdelal tərəf müqabili: Əqrəb, qoç, oxatan, şir. Qız Qızların məsum görünüşlərinin arxasında enerjili və şəhvətli biri dayanır. Ön sevişmə zamanı hər cür toxunuşları sevirlər. Öpüşlər və masajlar həyəcanlarını yüksək həddə çatdırır. Nəvazişli, yaxşı hazırlanmış və dürüst sevişmələrdən xoşları gəlir. İdeal tərəf müqabilləri: Buğa, tərəzi, balıq və oğlaq. Tərəzi Mükəmməl zövq və həssaslıq baxımından tərəzilər ən zərif bürclərdən hesab olunur. Tərəzi üçün yaxşı bir seks əqli stimullaşdırma və sözlərlə zəngin ön sevişmədir. Bir tərəzinin diqqətini onunla flört edərək cəlb edə bilərsiniz. Seks zamanı alt paltarları və eşidilən musiqi onların diqqətini cəlb edə bilər. İdeal tərəf müqabilləri: Qoç, əkizlər, şir, oxatan Əqrəb Seks bürcü olaraq tanınan əqrəblər aktiv seks tərəfdarıdırlar. Həyəcanlı oyunlar, xüsusən də güc və idarəçilik xüsusiyyətli dramları seks həyatlarında daha çox istəyirlər. Güclü cinsi impuls və duyğularla öz içlərində belə, arzuları ilə mücadilə edirlər. İdeal tərəf müqabili: Buğa, şir, əqrəb, balıq. Oxatan Davamlı olaraq axtarış və kəşf izində olan oxatanlar yataqda başdan çıxaran güclü, şəhvətli və diqqətlidirlər. Lakin çox tez bezdikləri üçün qəfil yeniliklər istəyirlər. Subay oxatanlar flörtə meylli və dəlisovdurlar. Tərəf müqabilləri olduğu halda macəra izində olurlar. İdeal tərəf müqabilləri: Şir, qoç, əkizlər, dolça. Oğlaq Əqrəblər kimi oğlaqlar da cinsi həyatlarında fərdi xüsusiyyətlərə malikdirlər. Ən gözəl xüsusiyyətləri isə cinsi münasibətlərdə həssas olmalarıdır. Oğlaqların güclü libidosunu oyandırmaq üçün çox əmək sərf etməyə ehtiyac yoxdur. Ayaq və dizləri ən həssas nöqtələridir. Onlarla maraqlandıqda və əsəbləşdirdikdə çox xoşlarına gəlir. İdeal tərəf müqabili: Xərçəng, buğa, oğlaq, qız. Dolça İntellektual və idealist dolçalar yataqda olduqca fərqli davranışları ilə seçilirlər. Başdan çıxarılmağı sevirlər, lakin gücü əllərindən vermirlər. Mövzu seks olduqda isə açıq-aşkar davranışlar nümayiş etdirirlər, tərəf müqabilləri ilə mənəvi harmoniya qurduqda ehtiraslı və yaradıcı olurlar. İdeal tərəf müqabilləri: Əkizlər, dolça, oxatan və qız Balıq Balıqlar hər cür insanla ortaq mövzu tapıb yola gedə bilirlər. İnsanların diqqətini cəlb etmək, öz tərəflərinə çəkmək üçün aqressivliyə ehtiyac duymurlar. Yataqda romantik, şəhvətli və oyunbaz olan balıqların yaradıcı texnikalardan da xoşları gəlir. Xəyal gücləri alovlandıqda özlərinin zövq almalarından çox tərəf müqabillərinin zövq almasına cəhd göstərirlər. İdeal tərəf müqabilləri: Əqrəb, xərçəng, qız və tərəzi. (aile.lent.az)