Qadınını Sevməyən Kişini 9 MADDƏDƏ Ayırd Edin!

loading...

Qadinini Sevmeyen Kisini 9 MADDEDE Ayird Edin

 

Cəmiyyətin ən geniş yayılmış problemlərindən biri də qadın və kişi arasında olan münasibətlərdədir.


Aile.fenomen.az xəbər verir ki, Bəzən cütlüklər ailə həyatı zamanı, bəzən də ailə həyatı qurmazdan öncə müxtəlif mənşəli narazılıqlarla üzləşirlər.Lakin bəzi insanlar və xüsusilə də ailə üzvləri belə hesab edir ki arada yaranan xoşagəlməz hallar zamanla öz həllini tapacaq.Amma tam tərsi olur.

Müəyyən müddətdən sonra cütlüklər arasında soyuqluq daha da artır və bu da münasibətlərin sonlandırılmasına kimi gətirib çıxara bilir.
 
Belə ki, münasibətlərdə ən geniş yayılmış problemlərdən biri kişinin oz qadınını artıq sevməməsindən qaynaqlanır.

Bu problemi müəyyən mənada aşkara çıxarmaq üçün 9 müddəa ilə sizi də tanış edirik :

1. Qadını ilə zaman keçirmək istəməz və onunla yanaşı olmaqdan çəkinər.

2. Danışmaz, söhbət etmək və hər cür ünsiyyətdən çəkinər.

3. Sizi təəccübləndirəcək və sevindirəcək heç bir hərəkəti etməz, etmək istəməz, bunun üçün can atmaz.

4. Paylaşdığınız həyatı yalnız sürdürdüyünüz hissinə qapılmanıza səbəb olar.

5. Sizin üçün heç darıxmaz və bunu bəlli edib sizi incitməkdən heç çəkinməz.

6. Qucaqlamaq, şəfqət və sevgi hissini göstərməkdən çəkinər və uzaq olar 

7. Öz qadınına kömək etmək üçün heç bir hərəkətdə olmaz.

8. Qadını ilə qürur duymaz lakin etdiyi hər kiçik səhvi böyüdən.

9. Qadında baş verən kiçik detal dəyişiklikləri ( saç düzümünü dəyişməsi, makiyaj edilməsi və. s.) görməz.
 

loading...
Oxşar xəbərlər