Ənənəvi Üsullarla Saç Tökülməsinin Qarşısını Alın

loading...

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Saçların tökülməsinin qarşısını alan və onları bərpa edən bir sıra maska reseptlərini sizə təqdim edirik :

RESEPT 1

Maskanı hazırlamaq üçün lazımdır :

1  ampula vitamin B6 ;
1 ampula vitamin B12 ;
1 qr vitamin C ;
2 xörək qaşığı gənəgərçək yağı ;
2 xörək qaşığı bal ;
2 xörək qaşığı saç üçün balzam.

Adı çəkilən bütün məhsulları qarışdırırıq.Saçınızı yumazdan 1 saat əvvəl saçlarınızın kökünə, daha sonra isə bütün saçlarınıza çəkin.
Başınıza bir xüsusi örtük yaxud da salafan keçirib üzərinə də dəsmal bağlayın.Vaxt keçdikdən sonra isə başınızı yuyun.

RESEPT 2

Lazım olan məhsullar :

1 xörək qaşığı bal
1 xörək qaşığı gənəgərçək yağı
1 xörək qaşığı konyak
1 ədəd yumurtanın sarısı

 Bütün məhsulları qarışdırın.Saçları kökünə çəkin.Maskanı çəkdikdən sonra başınızı kip bağlayın.Maskanı 2 - 3 saat saxlamaq və daha sonra şampunla yumaq lazımdır.1 həftədə 2 dəfə tətbiq etmək məsləhətdir.Artıq 3 - 4 prosedurlardan sonra nəticəsi göz önündə olacaq.


loading...
Oxşar xəbərlər