Buxaqdan Təbii Üsullarla Necə QURTULMAQ Olar ?

loading...

Buxaqdan Təbii Üsullarla Necə QURTULMAQ Olar ?


Aile.fenomen.az saytı həm xanımların, eyni zamanda da kişilərin çox zaman kompleks etdiyi bu problemin həllinə sizinlə çarə axtarmağa çalışacaq.

Aşağıdakı təbii reseptlərlə buxaqdan necə qurtulmağın yollarını sizinlə bölüşməyə çalışacayıq.


Bu istiqamətdə bir sıra metodlar mümkündür, onlardan bir neçəsini sizinlə tanış edirik.

 

Kəsmikli maska

2 xörək qaşığı qaymaq

4 xörək qaşığı yağlı kəsmik

bir çimdik duz

Alınan kütləni üzünüzə yaxın və 20 dəqiqə ərzində qalmağa qoyun.Bu maskanı həftədə bir dəfə tətbiq edin.

 

Xiyar maskası

1 xiyar ( sürtkəcən keçirilmiş )

1 çay qaşığı bitki yağı

3 xörək qaşığı xama

Bütün ərzaqları qarışdırın və yarım saatlıq üzünüzdə saxlayın.Maskanı həftədə 2 – 3 dəfə tətbiq etmək mümkündür.

 

Yulaf yarması maskası  ( qerkules )

6 xörək qaşığı xama

3 xörək qaşığı qerkules

Sadalanan məhsulları bir – birinə qatın və yulaf yarmaları şişdikdən sonra 15 dəqiqə müddətinə boğaz və dekolte nahiyələrinizə çəkin.

 

Bu maskaların özəllikləri ondan ibarətdir ki, onlar üzə dartıcı və çəkici effekt verir. 

loading...
Oxşar xəbərlər