Qəhvə masajı ilə sellülitlərə son!

loading...

Qəhvə masajı ilə sellülitlərə son!

 

Bir çox faydası olan qəhvədən sellülitin həlli üçün də istifadə edə bilərsiz. Amma necə? Aile.lent.az qəhvə ilə sellülitdən qurtulma yollarını təqdim edir.

 

1. Kətan toxumu yağı, novruz gülü yağı, zeytun yağı, bir az çəkilmiş qəhvə tozunu qarışdırıb sellülitli bölgənizə sürtün.

 

2. 1 yemək qaşığı kremi və 2 xörək qaşığı süzülmüş qəhvəni bir-birinə qarışdırın. Qarışımdan istifadə etmədən əvvəl ilıq suyla duş qəbul edin. İlıq su qan dövranını yaxşılaşdıracaq. Duşdan çıxdıqdan sonra bədəninizi qurulayıb qarışımı sellülitli bölgənizə sürtün və barmaq ucları ilə ovalayın. Sonra həmin bölgəni streç sellofanla sarıyın. Yarım saat saxladıqdan sonra ilıq suyla yuyun.

 

3. 1 qəhvə fincanı susam yağı, 4 ədəd döyülmüş aspirin, 4 ədəd limon suyu, 1 xörək qaşığı nanə yağı, 1 xörək qaşığı bibəriyə yağı, 1 çay qaşığı kəklikotu, ½ fincan türk qəhvəsi. Bunları geniş qabda qarışdırıb təmiz dərinizə masaj edərək tətbiq edin. Bir az saxladıqdan sonra ilıq suyla durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiniz. 


loading...
Oxşar xəbərlər