SƏNA ÇAYI - QƏBİZLİK və ARTIQ ÇƏKİ Problemlərindən AZAD OLUN !
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Kassiya, səna yaxud da aleksandriy yarpağı - bu adlar hamısı eyni müalicəvi bitkinin adıdır.
Bu bitki xüsusilə yabanı şəkildə Hinsistan və Afrikada rast gəlinir.Tibbi məqsədlərdlə onu xüsusi plantasiyalarda yetişdirirlər.Yığılır , qaranlıqda qurudulur və kağız torbalarda saxlanılır.
Səna bitkisinin yarpaqlarından qarınaçıcı çay dəmləyirlər.Bu bitkinin tərkibində olan antraqlikozlar ona açıcı özəlliyini verir.
Bundan başqa, bu faydalı bitkinin tərkibində alkaloidlər, qlikozidlər, təbii turşular və flavonoidlər kimi faydalı elementlər də var.
Səna çayında çox zaman - yoğun bağırsağın atoniyası, xroniki spastik kolitlər və qəbizlik zamanı istifadə edirlər.
Bu çayı içdikdən sonra ilkin effekti 6 - 8 saat sonra, ümumi effektini isə 2 - 3 günə göstərir.
Çayın içilmə həddi isə hər kəsin orqanizmi üçün fərdidir.Bu çayı qəbul etdikdə sonra pasientlərin qəbizlik problemi demək olar ki, həll olunur və normal şəkil alır.
Səna çayından piylənmə zamanı da istifadə olunur.Bu çay orqanizmdən müxtəlif şlakları, toksinləri və lazımsız yığıntıları ifraz edir.Bu çaydan çox zaman ilkin istifadə zamanı yüngülvarı sancı xarakterli ağrılar hiss edə bilərsiniz, lakin bu müvəqqəti ağrıdır.
SƏNA ÇAYININ HAZIRLANMASI
1 çay qaşığı üyüdülmüş səna yarpaqlarını 1 stəkan su ilə qarışdırın və zəif ocaqda 20 dəqiqə bağlı qazanda qaynadın.Qaynatdıqdan sonra isə 40 dəqiqə kənarda saxlayın.
Axşamlar yarım stəkan için.Qəbul kursu : 2 aya qədərdir.
.
loading...