Üzüm yarpaqlarından çayın faydaları
Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır.
Bu məqsədlə yayda adi qara çayın əvəzinə faydalı ot və bitki çayları için.
Üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar.
10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz.
Bu müalicəvi çayın bir çox faydaları var:
- antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- podaqra zamanı çox faydalıdır
- mikrobəleyhinə təsirə malikdir
- damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır
- ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı çox yaxşı müalicəvi təsir edir
- ishalı müalicə edir, bağırsaqları "yığır"
- böyrəkləri və sidik kisəsini təmizləyir
- şişkinliyi azaldır
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir
- öskürək zamanı müalicəvi təsir edir. (saglamolun.az)