loading...
loading...

Yayın Ləzzət Bombası - Çox Asan Pudinq Resepti

loading...

Aile.fenomen.az saytı məlumat verir ki,

Asan, dadlı və ən əsası az ərzaqla hazırlaya biləcəyiniz pudinq resepti təqdim edirik.Qeyd edək ki, resepti süd əvəzinə su ilə də hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

2 stəkan - süd (su ilə də əvəz etmək olar)
2 xörək qaşığı - un
2 xörək qaşığı - kakao
1 stəkan - şəkər tozu
50 qr - kərə yağı
vanel
qabartma tozu

İlk olaraq dibi yanmayan və yapışmayan qazan götürün və yuxarıda sadalanan bütün quru məhsulları qarışdırın daha sonra isə südü əlavə edib qarışdırın.Qazanı ocağa qoyun və asta atəşdə yavaş yavaş qaynayana kimi qarışdırın.Qarışdırdıqca kütlənin qatılaşdığını və qaynatdığını görəcəksiniz.Ocaqdan götürün və kərə yağını əlavə edib qarışdırın.Pudinq hazırdır.Qablara tökün.Daha sonra daha dadlı olması üçün bir neçə saatlıq soyuducuya qoyun.Süfrəyə verərkən üzərini müxtəlif meyvə ( banan, kivi çiyələk, moruq və s. ilə daha da dadlı olur) və çərəzlərlə bəzəyə bilərsiniz.
Nuş olsun!

loading...
Oxşar xəbərlər