ÇOX DADLI Kəsmikli Piroq

loading...

ÇOX DADLI Kəsmikli Piroq

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bu piroq olduqca dadlı və zərifdir.Reseptini sizinlə də bölüşürük :

Lazım olan məhsullar :

Xəmiri üçün  :

200 qr. un

50 qr. şəkər tozu

100 qr. kərə yağı 

İçliyi üçün :

400 - 500 qr. kəsmik

100 qr. şəkər tozu

3 ədəd yumurta

2 paket vanel

Hazırlanma qaydası  :

Qeyd etmək lazımdır ki, xəmirə qatılan kərə yağı soyuducuda yaxud da buzluqdan çıxarılmalıdır.Qabın içərisinə un, şəkər tozu və soyuq yağ ( sürtkəcdən keçirilərək ) əlavə edilir.Qabdakı kütləni əllərinizlə yaxşı ovuşdurun.Alınan ovuntu kütləli xəmiri soyuducuya qoyun. 
Daha sonra içliyi hazırlamaq lazımdır.Kəsmiyin tərkibində müəyyən miqdarda su olduğu üçün onu sürtkəcdə sıxın və olan suyunu çıxarın.Kəsmiyə yumurta, şəkər tozu və vaneli əlavə edib yaxşı qarışdırın.
Soyuducuya qoyduğunuz ovuntu xəmiri götürü.Soba listinin içərisinə ya perqament kağız ya da yağ çəkin.Ovuntu xəmiri iki yerə bölün.Bir hissəsini listə yayın.Içliyi də səliqə ilə xəmirin üzərinə yayın.Qalan ovuntu xəmiri içliyin üzərinə çəkin.
Sobanı əvvəlcədən 180 dərəcədə qızdırın.Piroq 30 - 40 dəqiqə ərzində bişir.Bişdikdən və soyuduqdan sonra üzərinə giləmeyvə yaxud da şəkər pudrası əlavə edə bilərsiniz.

Nuş olsun !
 

loading...
Oxşar xəbərlər