Öz aktuallığını heç vaxt itirməyən Napaleon Tortunun Resepti

loading...

napaleon tortu

Aile.fenomen.az saytı dadllı reseptlərini sizinlə bölüşməyə davam edir.

Beləliklə dadlı napaleon tortunun resepti ilə sizi də tanış edirik.Bunu üçün bizə lazımdır :

Krem üçün :

3 yumurta

4 stəkan süd

1 stəkan yarım şəkər tozu

6 xörək qaşığı un yaxud nişasta

200 qr. kərə yağı

Xəmir üçün :

200 qr. soyuq kərə yağı ( doğrayın böyük kub şəklində )

1 yumurta

4 stəkan un

1 stəkan xama

İlk öncə soyuması lazım oluğu üçün kremi bişirb hazırlamalıyıq.Bir qab götürün və yumurtaları və şəkər tozunu bir az rəngi ağarana qədər qarışdırın.Daha sonra onun üzərinə süd və unu əlavə edib yaxşıca qarışdırın.Daha sonra bu kütləni orta ərəcəli odda qarışdıra – qarışdıra bişirin, vaxtı təxminən 7 – 8 dəqiqə çəkəcək.Bişdikdən sonra bu kütləni kənara çəkin və 10 dəqiqə soyumağa qoyun.Sonda isə bu kütləyə kərə yağını əlavə edin və mikserlə çalın.Bitirdikdən sonra isə alınan kremi soyuducuya qoyun.

İndi isə tortumuzun yuxalarını hazırlamaq üçün xəmirini hazırlamağa başlayaq.Bunun üçün yuxarıda qeyd edilən miqdarda yağı və unu qaba qoyun.Bunları barmaqlarınız yaxud da ki, bıçaq köməyi ilə umac halına gətirin.Digər tərəfdə ayrı bir qabda xama və yumurtanı qarışdırın və umac etdiyimiz qarışıma əlavə edin.Əlinizlə xəmir halına gələnə qədər yaxşıca qarışdırın ( əgər 4 stəkan un əlavə etmisinizsə və xəmir hələ də barmaqlarınıza yapışırsa, o zaman bir qədər də un əlavə etmək olar ).

Daha sonra xəmiri 7 – 8 kündəyə bölüb, ayrı sellofana büküb 2 saat müddətinə soyuducuya qoyun.Deyilən müddət keçdikdən sonra, sobani 180 – 200 C istiliyində qızdırın və kündələri bir – bir bişirməyə başlayın.Kündələri oxlovun köməyilə nazik formada yayıb qaba qoyun və üzərindən çəngəlin köməyilə deşiklər açın ki, hava çıxsın və yuxalarımız çox da şişməsin (şişsə də problem yoxdur ).Bütün yuxaları bu üsulla hazır edin və daha sonra onları üst – üstə qoyub eyni ölçüdə kəsin.Yuxalardan birini ovun və tortumuzun üzəri üçün bəzək qismində istifadə edin.Yuxa və krem hazır olduqdan sonra tortumuzu hazır etməyə başlayaq.Yuxaları bir – bir qoyub aralarına hazırladığımız kremi çəkib, arasına qoz səpib üst – üstə yığın və sonuncu üst qatını isə ovuntu və qoz  ilə bəzəyin.

NUŞ OLSUN !

 

loading...
Oxşar xəbərlər