Yayın həzzini və ləzzətini duyacaq soyuq qəhvə RESEPTLƏRİ
İsti, soyuq bilmədən hər gün qəhvə içənlər qızmar yay günlərində də sevimli içkilərinə biganə qalmayacaqlar. Qəhvə sevməyənlərə belə, bu içkini sevdirəcək reseptlər təqdim edirik. Bu soyuq qəhvələrlə yayın həzzini və ləzzətini duyacaqsınız. "Klassik buzlu frappe” Ərzaqlar: - Double espresso - 1/3 stəkan buz - 100 ml süd - Şəkər tozu və ya şokolad siropu - Rəndələnmiş şokolad, qəhvə Hazırlanması: Buzu blendrda parçalayın. Bir stəkana boşaldıb başqa bir qabda espresso, şəkər tozu, süd və siropu qarışdırın. Buzlarla birlikdə stəkana qoyub üzərini rəndələnmiş şokolad və qəhvə tumları ilə bəzəyin. "Şokolad və nanə yuxusu” Ərzaqlar: - 150 ml təzə dəmlənmiş qəhvə - 100 qram bitter şokolad - Nanə siropu və ya likör - Dondurma - Buz Hazırlanması: Dəmlənmiş filtr qəhvənin içinə şokoladı atıb aşağı istilikdə parçalanmasını gözləyin. Sonra blendrdan keçirin. Buzu əzib stəkana qoyduqdan sonra qarışımı üzərinə tökün. Bir az dondurma əlavə edib, istədiyiniz kimi bəzəyin. "Bananlı qəhvə” Ərzaqlar: - 350 ml tünd qəhvə - 100 qram dondurma - 1 banan - Bir çimdik darçın - Bir ovucdan az rəndələnmiş şokolad Hazırlanması: Qəhvəni dəmləyin. Soyuduqdan sonra dondurma əlavə edin. Əzdiyiniz bananı da əlavə etdikdən sonra blendrdan keçirin. Əzilmiş buzları yenə stəkana qoyub üzərinə içkini tökün. Darçın və şokoladla bəzəyin. "Portağal partlaması” Ərzaqlar: - 200 ml təzə dəmlənmiş qəhvə - 2 portağal - Pudra şəkəri - Krem şanti - Peçenye parçaları - Fındıq Hazırlanması: Portağalları soyub suyunu sıxın. Qabıqları bir qazana töküb 1 stəkan su və pudra şəkəriylə 5 dəqiqə qaynadıb süzün. Soyumaya qoyun. Dəmlədiyiniz qəhvə, portağal qabıqlarından hazırladığınız sirop və portağal suyunu birlikdə qarışdırın. Yenə buz parçaları qoyduğunuz stəkana boşaldın. Krem şanti, fındıq və peçenye parçalarıyla bəzəyin. "Soyuq qəhvəli smoothie” Ərzaqlar: - 200 ml espresso - 1 banan - 150 ml qatıq - Bir çimdik darçın - 1 çay qaşığı kakao - Bir ovuc təzə meşə meyvələri - Krem şanti - Şokolad sousu - Badam parçaları Hazırlanması: Qəhvəni dəmləyib soyumağa qoyun. Buzları parçalayıb stəkana tökün. Qatıq, banan, meşə meyvələri, qəhvə, kakao və darçını hamar hala gələnə qədər blendrdan keçirin. Qarışımı stəkana boşaldıb krem şanti, şokolad sousu və badamla bəzəyin. "Çiyələkli qəhvə” Ərzaqlar: - 2 stəkan espresso - 2 çay qaşığı moruq siropu - 2 çay qaşığı şokolad sousu - Çiyələk - Krem şanti - 2 qaşıq dondurma - Kakao - Qəhvə tumları Hazırlanması: Qəhvəni dəmləyib soyudun. Buzları stəkanın dibinə qoyun. Çiyələkləri dörd yerə bölün, buzların üzərinə qoyun. Siropu və şokolad sousunu əlavə etdikdən sonra qəhvəni boşaldın. Krem şanti, dondurma, qəhvə tumları və kakaoyla bəzəyin.