Şokoladlı-çiyələkli tort - RESEPT
Lazım olan vəsaitlər:
4 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 stəkanı duru yağ, 1 stəkan çayın dəmi, 1 paket kakao, 1 ədəd portağalın rəndələnmiş qabığı, 1 stəkan əridilmiş şokolad, 3 stəkan un, 1 paket qabartma tozu, 1 çay qaşığı karbonat (üzərinə 3 damcı limon suyu), 1 paket hazır şokolad sousu, 10 ədəd çiyələk, 80 qram bitter şokolad, 2 yemək qaşığı süd qaymağı, marqarin (qabı yağlamaq üçün)
Hazırlanması:
4 yumurta ilə birlikdə şəkər tozunu mikserlə qarışıdırın. Köpüklənib qabardıqda növbə ilə maye vəsaitləri qarışdırın. Əridilmiş şokoladı, qabartma tozunu, portağal qabığını, kakao və unu da əlavə edin. Sobanı 180 dərəcədə isidin və keks qabını yağlayıb unlayın. Xəmiri töküb sobada 170 dərəcədə 50 dəqiqə bişirin. Şokolad sousunu üzərində yazılan süd miqdarı əvəzinə 1 stəkan su ilə qaynadın. Kremli tort görünüşü vermək üçün keksi qabdan çıxarın və soyumasını gözləyin, sonra ortadan iki yerə bölün. Şokolad sousunu keksin yarısına tökün və digər yarısı ilə üzərini örtün. Qalan sousu və arasından axanları enli bıçağın köməyi ilə üzərinə sürtün. Soyuducuda ən az yarım saat saxlayın və üzərini istədiyiniz kimi bəzəyin. Sonda hazırladığınız qaymaqlı sousu çiyələklərin üzərinə tökün.