Alma sirkəsini evdə özünüz hazırlayın - QAYDA

loading...

Alma sirkəsini evdə özünüz hazırlayın - QAYDA

Souslu yeməklərdə, salatlarda ən çox istifadə edilən vasitələrdən biri də almaq sirkəsidir. Əgər mağazada satılan sirkələr ürəyinizcə deyilsə, özünüz evdə hazırlaya bilərsiniz. Fenomen.Az aile.lent.az sizə ev şəraitində alma sirkəsi hazırlamağın yolunu göstərir.

 

Vəsaitlər:

 

  • 1 ədəd şüşə qab
  • 3-4 ədəd alma
  • 6 ədəd noxud
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • ½ çay stəkanı sirkə
  • Kifayət qədər su

 

Hazırlanması:

 

  • Almaları yaxşı yuduqdan sonra qabığı və tumları ilə birlikdə dörd və ya altı yerə bölüb qaba tökün.
  • Üzərinə duz, şəkər, sirkə və noxudları əlavə edin.
  • Qabı ağzına qədər su ilə doldurun və hava almayacaq şəkildə qapağını qoyun.
  • 2-3 ay arası qaranlıq və sərin bir yerdə saxlayın.
  • Ağzını açdıqdan sonra incə bir süzgəcdən süzün.
  • Meyvə qalıqları və liflərinin qalmaması üçün saxlayacağınız şüşəyə və ya qaba qoyarkən çox incə bir tüldən keçirin.
  • Hazırladığınız sirkəni sərin bir yerdə saxlayın.

 

Bu reseptin ölçüsü 1 boşqab qədərdir. Daha çox da edə bilərsiniz.


loading...
Oxşar xəbərlər