Hər gün 2 fincan içsəniz... - Arıqlamaq istəyənlərin diqqətinə!

loading...

Hər gün 2 fincan içsəniz... - Arıqlamaq istəyənlərin diqqətinə!

Yay gələr-gəlməz hər kəs qısa zamanda bədənindəki artıq yağlarından xilas olmaq istəyir. Bədən tarazlığını pozmadan maddələr mübadiləsini sürətləndirən və yağ yandırılmasını artıran qidalar yeməklə buna nail ola bilərsiniz. Beləliklə də, həm sağlam, həm də fit görünüşə sahib olarsınız. Aile. lent.az yağları yandıran qidaları təqdim edir.

 

Çiyələk

 

İlk növbədə kalorisi aşağı, lakin təsir qüvvəsi yüksək olan meyvədir. Çiyələk bədəndə yağ yandırmasını sürətləndirən qidalardan biridir. Lif və antioksidan təsirinin yüksək olması səbəbindən hər gün 1-2 ovuc qədər yeyə bilərsiniz. Çiyələk rahatlıqla yeyə biləcəyiniz qədər az kaloriyə malikdir.

 

 

Ananas

 

Maddələr mübadiləsini sürətləndirən ananas hüceyrələri yeniləyir. Tərkibində bir çox vitamin olan ananas C vitamini və yağ yandıran təsiriylə maddələr mübadiləsini sürətləndirir. Ananası qızardaraq salat və yeməklərin içərisində də yeyə bilərsiniz. Həm ləzzətli, həm sağlıqlı, həm də təsirlidir. Gündə 2 dilim ananas yemək maddələr mübadiləsinin sürətləndirir. Eyni zamanda bu miqdar yağ yandırılması üçün kifayətdir. Yüksək lif təsiri və antioksidan xüsusiyyətiylə də hüceyrə yenilənməsinə kömək olur.

 

Yaşıl çay

 

Yaşıl çay piylənmə və artıq çəkinin düşmənidir. Yüksək antioksidan təsiri olan yaşıl çayı gündə 2 fincana qədər şəkərsiz içdikdə həm yağları yandırarsınız, həm də maddələr mübadiləsini sürətləndirirsiniz. Xüsusilə tərkibindəki vitamin və minerallar səbəbindən xərçəng əleyhinə təsirə sahibdir.

 

Limon

 

Sağlam arıqlamaq üçün limon meyvələrin baş tacıdır. C vitamini yüksək olan limon bütün yeməklərdə və salatlarda istifadə edilə bilər. Gündəlik içdiyiniz suya bir neçə dilim limon atmaq yağ yandırılmasını sürətləndirər. Gündə 1 ədəd limon yemək sağlam arıqlamağınıza kömək olar.

 

Qəhvə

 

1 fincan qəhvə maddələr mübadiləsini sürətləndirər. Gündə 1 fincan şəkərsiz qəhvə eyni zamanda yağ yandırılmasını da artırır. İdmandan əvvəl və ya sonra 1 ədəd bananla birlikdə qəhvə için. Bu üsul yağ yandırılmasını sürətləndirməkdə olduqca təsirlidir.

 

Cəfəri

 

Cəfəri köpdən xilas olmağa kömək edir. Bədəndəki çox suyun xaric edilməsində cəfəri əvəzsiz göyərtidir. Köpün qarşısını alma xüsusiyyətinə sahib olan cəfəri, yağ yandırlıması üçün də idel vasitədir. Fəsildən asılı olmayaraq yeyilən cəfəri xüsusilə artıq çəkidən xilas olma üçün və pəhriz siyahılarında yer alır. Cəfərini yemək və salatlara əlavə edərək, qatıqla yeyə və ya suyunu içə bilərsiniz.

 

Badam

 

Gündə 1 ovuc badam göbək bölgəsi yağlarına təsir etmə gücünə malikdir. Badam ehtiva etdiyi minerallar və vitaminlərlə balanslı arıqlamağa və verilən çəkilərin geri qaytarılmamasına kömək olur.  Gündə bir ovuc qədər qatıqla və ya salatların üzərinə əlavə edərək yeyə bilərsiniz. Bu, göbək bölgəsindəki yağları yandırmanızı dəstəkləyər.

 

Alma

 

Bir yemək payında alma sirkəsinə yer verin. Tərəvəz və meyvələrin təmizlənməsi üçün təsirli olan alma sirkəsi, eyni zamanda maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.  Alma sirkəsini salatlarınıza istədiyiniz qədər əlavə edə bilərsiniz. Hər gün ən az 1 yemək payınızda alma sirkəsinə yer verməklə bel ətrafı yağlardan xilas ola bilərsiniz.

 

Pul bibər

 

Çəki qorumada pul bibərin təsiri danılmazdır. Acı təsiri ilə maddələr mübadiləsini sürətləndirən pul bibəri bütün yeməklərdə istifadə etməklə həm ləzzət əldə edərsiniz, həm də sağlamlığınıza qatqı qatmış olarsınız. Gün ərzində yeyəcəyiniz qatığın içinə 1 çay qaşığı qədər pul bibər qatsanız, yağ yandırmasını sürətləndirərsiniz. Bu, həm də çəkinizi qorumaqda faydalı olacaq. Çox yeməməyə diqqət edin. Çünki mədə və bağırsaq problemlərinə səbəb ola bilər.

 

Zəncəfil

 

Zəncəfil artıq çəkinin qarşısını alır. Limonla birlikdə çay kimi içə, yeməklərə qataraq və ya qatıqla birlikdə yeyə bilərsiniz. Bununla maddələr mübadiləsini sürətləndirər və yağ yandırılmasını dəstəkləmiş olarsınız. Yüksək xolesterolu salmağa təsirli olan zəncəfil, eyni zamanda, qan şəkərini tarazlayır və artıq çəki almağa mane olur. 

 

loading...
Oxşar xəbərlər