Cinsi istəyi artıran meyvə: hər gün 2 kasa yesəniz...
Cinsəllik də nəfəs almaq və qidalanmaq kimi insan həyatının təbii bir hissəsidir. İnsanın cinsi həyatı onu təbiətdəki digər canlılardan ayıran, onu ən gözəl şəkildə yaşayan şüurlu halıdır. Təəssüf ki, müasir həyat insanı cinsəlliklə əlaqədar çətinliklərini, marağını gizlətmək məcburiyyətində qalmağa vadar edir. Halbuki uşaqlıqdan başlayan cinsəlliyin sağlam şəkildə yaşanması vacibdir. Elə isə qidalanmanın bu mövzuda vacib yeri nədir? Yediyimiz qidalar cinsi həyatımıza necə təsir edir? Bəzi qidaların qarın doydurmaqla yanaşı, afrodizyak təsiri olduğunu bildirən mütəxəssislər ruhu və libidonu qidalandıran tərəvəz, meyvə və bitkilərin olduğunu deyirlər. Çində aparılan araşdırmaya görə, afrodizyak təsiri yaradan və cinsi istəyi artıran bir çox qidalar var. Fenomen.Az aile.lent.az-a istinadən ruhu və libidonu yüksəldən həmin qidaları təqdim edir.
Kişilər üçün afrodizyak qidalar
Cəfəri, nanə, darçın, kəklik otu, vanil, acı bibər, xardal, kərəviz, günəbaxan, noxud, yumurta, hinduşka (sink ehtiva edir, üstəlik zülal baxımından da zəngindir), roka (dəmir və C vitamini ehtiva edir), püstə, susam yağı, badam, qoz, fındıq (ehtiva etdikləri doymamış yağ turşuları və E vitamini səbəbi ilə afrodizyak olaraq istifadə edilir), xiyar, soğan, pomidor, reyhan, Hindistan qozu, bal, bəhməz, kivi, qreypfrut, qarpız, manqo.
Qadınlar üçün afrodizyak qidalar
Şokolad (beyindəki seratonin səviyyəsini artırır, xoşbəxtlik hissi verir. Qadınlar kişilərə nisbətən şokoladın bu xüsusiyyətlərinə qarşı daha həssasdır), çiyələk, moruq, ərik, qatıq, qırmızı bibər və digər ədviyyatlar.
- Daha təsirli seks həyatı üçün bol A vitamini ilə maqnezium ehtiva edən qaysının nizamlı olaraq yeyilməsi lazımdır.
- E vitamini ehtiva edən çiyələk afrodizyak təsiri təmin edir. Araşdırmalara görə, E vitamini sayəsində sperma miqdarını və cinsi orqanlara gedən qan dövranını sürətləndirərək seks impulsunu artırır. Gündə 2 kasa çiyələk yesəniz, 1 həftə içində afrodizyak təsirini görərsiniz.
- Təməl yağ turşuları və antioksidanlarıyla seks hormonlarının istehsalını sürətləndirən avokado həftədə 3 dəfə yeyilə bilər. 2 həftə içində sperma miqdarını əhəmiyyətli dərəcədə artırır.
- Banan, çiyələk, əncir, şaftalı, armud, xurma, üzüm, alma, qreypfrut, qarpız, kivi və moruq da çox güclü afrodizyak təsiri olan meyvələr arasındadır. Bu meyvələrdən hazırlanan meyvə suları da bənzər təsirlərə malikdir.