Sevişərkən uşağa yaxalandınızsa... – VALİDEYNLƏRƏ MƏSLƏHƏT

loading...

Sevişərkən uşağa yaxalandınızsa... – VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Cinsi münasibət zamanı uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs belə vəziyyətdə necə davranmaq lazımdır? Aile.lent.az bununla bağlı valideynlərə bəzi məsləhətlər verir.

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək. Xüsusilə ailədə cinsəllik rahat danışılan mövzu deyilsə və bu mövzuda uşaq suallarına sağlam cavablar tapmırsa, qarşısına çıxan vəziyyət onda sarsıdıcı təsir yaradar.

 

 

Valideynlər bunu necə şərh etməlidirlər?

 

 

Kiçik yaşda olan uşaqlar vəziyyətin çox fərqində olmaya bilərlər, amma nisbətən böyük yaşlılara mütləq şərh vermək lazımdır. Bu zaman uşağa aşağıdakı kimi izahat vermək olar:

 

- Birlikdə yatırdıq

 

- Bir-birimizi qucaqlayıb yatırdıq

 

- Bir-birimizi qucaqlayıb öpürdük

 

- Soyunaraq yatmaq istədik və qucaqlaşdıq

 

- Lakin bunların hamısını yalnız ana və atalar edə bilər

 

 

Əvvəlcədən tədbir görün

 

Uşaq qarşısında pis vəziyyətdə qalmaq istəmirsinizsə, əvvəldən bir sıra tədbirlər görün.

 

- Uşağın mütləq ayrı otaqda yatmasını təmin edin

 

- Kiçik yaşlardan etibarən yataq otağınıza girməməsi lazım olduğunu tapşırın

 

- Əvvəl onun məhrəmliyinə hörmət göstərin

 

- Cinsəlliklə əlaqədar sual verməyə başladığı ilk andan etibarən ona yaşına uyğun  şəkildə doğru məlumatlar verin

 

- Uşağınızın yanında və gərəksiz yerə cinsi mövzulardan danışmayın

 

- Soruşduğu sualları "ayıb”, "qadağan”, "cəza görəcəyi” istiqamətində cavablandırmayın

 

- Uşaqların hər zaman hər şeylə maraqlandığını unutmayın

 

 

 

Kiçik, ya da böyük olmasına baxmayaraq, bütün uşaqların ana və atasının cinsi həyatına şahid olması ürəkaçan hal deyil. Təəssüf ki, uşaq buna şahid olmaqdan çox təsirlənər. Yaşanan hadisəni ciddiyə almasanız, uşağınıza bir çox lazımsız hisslər yaşada bilərsiniz və qalıcı psixoloji problemlər ortaya çıxa bilər.

 

Uşaqlar çox kiçik olan zaman onlara bəzi qaydaları öyrətmək gələcəkdə yaranacaq problemlərin ortaya çıxmasına mane olar.

 

- Ana-atanın otağına icazə almadan girməmək

 

- Tualetdə, ya da hamamda biri olan zaman icazəsiz girməmək

 

- Geyinərkən və ya soyunarkən insanları narahat etməmək, onlara baxmamaq

 

- Öz bədəninə başqalarının toxunmasına icazə verməmək. Burada yalnız ana-atanın kömək məqsədli toxunuşları istisnadır. Bunu düzgün izah etmək vacibdir.

 

 

Bu tip qaydalar uşağın öz sərhədlərini çəkməsini təmin etdiyi kimi, başqalarının sərhədlərinə da hörmət göstərməsini öyrədər. Lakin yenə də ən yaxşı tədbir belə mənfi halların yaşanmamasına diqqət etməkdir. Ana-ata olmaq ciddi bir məsuliyyətdir və bu məsuliyyətə davranışlarınızda, şəxsi həyatınızda, uşaqlarınızla olan əlaqələrinizdə maksimum dərəcədə diqqət göstərmək məcburiyyətindəsiniz.


loading...
Oxşar xəbərlər