Uşağı ayağından öpməyin!

loading...

Uşağı ayağından öpməyin!

Körpələrin həssas dərisinə zərər verməməkdən ötrü çox adam öpmək üçün uşağın ayaqlarını seçir. Lakin körpələrin ayaqlarından öpmək onlar üçün təhlükəli ola bilər. Aile.lent.az körpələrin ayaqlarından öpmənin zərərlərindən bəhs edəcək.

 

 

- Uşaqların ayaqlarından öpmək olmaz. Çünki ayaqları öpülən uşaq hiss etdiyi "anormal” dəyərlilik hissi ilə qısqanclığa meyl edər. Belə uşaq valideynlərinin bacı-qardaşlarını da çox istəməsindən narahat olur. Marağı itirmə qorxusu anormal dərəcədə sevilən uşaqlarda tez-tez rast gəlinir.

 

- Uşaqlarda öpülə biləcək ən doğru yer alın və yanaqlardır. Alnından öpülmək, uşağa ruhən yaxşı təsir edir. Təmizlik, təqsirsizlik və dürüstlük hissi, cəsarət meydana gətirir.

 

- Bir də uşaq yanağından öpülə bilər. Öpülərkən uşağın başı tutulmamalıdır. Davamlı öpülmə uşaqda başqalarını məmnun etmə hissi yaradır. Bu vəziyyət şəxsiyyətin inkişafını axsadar. Uşaq başqalarını məmnun etmə vasitəsi olaraq öpməyi və ya öpülməyi istifadə etməməlidir.

 

- Bununla yanaşı, uşağı genital bölgəsindən öpmək qadağandır. Bu, məhrəmiyyət hissi qazana bilməsi və təcavüzdən qoruna bilməsi üçün vacibdir.


loading...
Oxşar xəbərlər