Yağlı dərilər üçün MASKALAR

loading...

Yağlı dərilər üçün MASKALAR

Yağlı dərisi olan xanımlar təqdim etdiyi bu maskaları tətbiq edərək, gözəl üz dərisinə sahib ola bilərlər.

 

Yağlı dərilər üçün maska etmədən əvvəl və sonra əməl etməli olduğunuz iki qayda var:

 

1. Maskadan əvvəl dərini yumaq lazımdır, belə maska dəridəki məsamələrə nüfuz edər və yağlanmanı gecikdirməkdə effektli olar.

 

2. Maskanı təmizləmək üçün dərini yuduqdan dərhal sonra nəmləndirici krem sürtmək yanlışdır. Yağlı dərilərin digər dəri tiplərinə görə daha çox nəfəs almağa ehtiyacı var. Yağdan təmizlənib açılan məsamələrin 15 dəqiqəyə hava almasına icazə vermək lazımdır.

 

 

Limon suyu və dərmansız uşaq pudrası

 

1 yemək qaşığı limon suyu ilə 2 yemək qaşığı dərmansız uşaq pudrasını yaxşı qarışdırın. Üzünüzə çəkin. Quruması üçün təxminən 10 dəqiqə gözləyin. Üzünüzü yuyun. Limon yağları parçalayır, pudra isə məsamələrdən ayrılan yağı limon suyu ilə birlikdə əmir. Maskanı üç gündən bir edin.

 

 

Gül suyu və soda

 

1 yemək qaşığı gül suyu ilə 1 yemək qaşığı sodanı qarışdırın. Üzünüzə sürtdükdən 15 dəqiqə sonra yuyun. Soda ifraz olunan yağları özündə həbs edir. Gül suyu isə sıxlaşdırıcı özəlliyi ilə açılan məsamələri tıxamadan rahatladır. İki gündən bir edə bilərsiniz.

 

 

Ağ gil maskası

 

1 yemək qaşığı ağ gili su ilə qatı bir qarışım halı alana kimi qarışdırın. Üzünüzdə quruyar qurumaz dərinizi qıcıqlandırmadan yuyun. Gil məsamələrə nüfuz edərək yağları toplayır. Həftədə bir dəfə bu maskanı edin.


loading...
Oxşar xəbərlər